Xəbərlər

29.01.2024

Prof. Kamran Musayev Cəmiyyətin Fəxri Sədri seçilib

Yanvarın 26-da Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə rezidentlər və gənc həkim-cərrahlar üçün “Koronar arteriyaların cərrahiyyəsi: müasir yanaşma” mövzusunda cari ilin ilk elmi-praktiki seminarı təşkil olunub.

DAHA ÇOX
18.04.2023

Azərbaycanlı həkimlər beynəlxalq təcrübədən faydalanır

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri namizədi Dr. Kamran Musayevin rəhbərlik etdiyi karioloq və kardio-cərrahlardan ibarət nümayəndə heyəti İstanbulda dünya şöhrətli alim, professor Sir Maqdi Yakubun şərəfinə təşkil olunmuş kardiologiya və ürək-damar cərrahiyyəsi üzrə elmi-praktiki konfransdan qayıdıb.

DAHA ÇOX
18.04.2023

Azərbaycanda “Dünya Ürək Günü” qeyd edildi        

Dünya Ürək Federasiyası dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən ürək cəmiyyətləri və ürək fondlarının birgə səyi ilə bütün dünyada ürək xəstəliklərinə qarşı mübarizə aparır. Bu münasibətlə hər il sentyabr ayının son şənbə günü “Dünya Ürək Günü” kimi qeyd edilir.

DAHA ÇOX
18.04.2023

“Dünya Ürək Günü”nə həsr olunmuş görüş keçirilmişdir

1 Oktyabr 2011-ci il tarixində “İRƏLİ” Gənclik Mərkəzində “Dünya Ürək Günü” ilə əlaqədar olaraq Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri namizədi Dr. Kamran Musayevlə görüş təşkil olunmuşdur.

DAHA ÇOX
18.04.2023

Azərbaycanda “Dünya Ürək Günü” qeyd ediləcək      

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq “Dünya Ürək Günü” geniş səviyyədə qeyd ediləcək. Belə ki, “Dünya Ürək Günü” ilə əlaqədar Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən həftə ərzində silsilə tədbirlər həyata keçiriləcək.

DAHA ÇOX
17.04.2023

Cəmiyyət üzvləri təcrübələrini genişləndirir      

Əldə olunan razılaşmalara əsasən, 11-15 yanvar 2010-cu il tarixdə Cəmiyyətin üzvü, Mərkəzi Klinik Xəstəxananın məsul perfuzioloqu Nərgiz Abdullayeva belə kurslardan birində iştirak etmişdir. Sözügedən kurs Hollandiyanın Nieuwegein şəhərindəki məşhur St. Antonius xəstəxanasında olmuşdur. Kurs zamanı həkim Nərgiz Abdullayeva ürək cərrahiyyəsinin vacib komponenti olan perfuziologiyanın ən son nailiyyətləri ilə yaxından tanış olmuş, perfuziologiyanın aktual problemlərini dünyanın ən təcrübəli perfuzionistləri ilə müzakirə etmişdir. Azərbaycanlı mütəxəssis müasir tibb texnologiyasının ən son nailiyyətlərindən hesab edilən HL30 – süni qan dövranı cihazı və Rotaflow – dəstək cihazının işləmə prinsiplərini dərindən mənimsəmişdir.

DAHA ÇOX