Antalyada AÜDCC-TÜDCD ortaq toplantısı keçirildi

18.04.2023

Antalyada AÜDCC-TÜDCD ortaq toplantısı keçirildi

Konqresdə ürək-damar cərrahiyyəsi sahəsində dünyanın tanınmış mütəxəssisləri ilə təcrübə mübadiləsi aparılıb, tətbiq olunan yeniliklər və texnologiyalar müzakirə edilib.

Konqresin proqramı çərçivəsində Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyi dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə ortaq görüşlər keçirib.

Noyabrın 10-da Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin ortaq toplantısı təşkil olunub. AÜDCC sədri t.e.n.Dr. Kamran Kazımoğlu Musayev və TÜDCD sədri Prof.Dr. Erol Şenerin rəhbərlik etdiyi “Ürək-damar cərrahiyyəsində mübahisəli məsələlər” başlıqlı ortaq toplantıya maraq böyük olub.

Toplantıda AÜDCC sədri, T.e.n. Dr. Kamran Kazımoğlu Musayev “Qapaq qoruyucu aorta cərrahiyyəsi: Bakı təcrübəsi” mövzusunda mühazirə ilə çıxış edib.