Missiya və Hədəflər

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Azərbaycan ürək və damar cərrahlarının peşə, elm və təlim təşkilatıdır. 

Missiyamız
İstər yerli, istərsə də beynəlxalq peşə elm və texnikasının inkişafına hörmətlə, etik dəyərlər çərçivəsində dəstək olmaq və bu məqsədlə fəaliyyət göstərməkdir. Ürək və damar cərrahiyyəsinin inkişafına göstərəcəyimiz dəstək və tətbiq edəcəyimiz yeniliklərlə peşəmizin məhsuldarlığını ən yüksək səviyyəyə çatdırmaqdır.

Vizyon və hədəflərimiz
Ürək və damar cərrahiyyəsi uzman və rezidentləri ilə bu sahədə çalışan digər tibb personalı üçün təlim, seminar və konqreslər təşkil etmək, peşə yeniliklərinin təbliği məqsədilə yerli və beynəlxalq səviyyədə fəaliyyət göstərmək;

İstər yerli, istərsə də beynəlxalq miqyaslı konqres, simpozium, kurs, sərgi, konfrans, seminar və işçi qruplar təşkil edərək elmi inkişaf prosesində təbliğatı həyata keçirmək;

Səhiyyə ilə əlaqədar qurumlarla həyata keçirilən Avropa Birliyi tədbirlərində iştirak etmək və bu tədbirlərdə peşəmizi (ürək-damar cərrahiyyəsi) təmsil etmək, peşəmizlə bağlı tədbirlərdə iştirak etmək;

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin uzmanlarımızı və rezidentlərimizi maraqlandıran qərarları ilə əlaqədar araşdırmalar aparmaq, münasibət bildirmək və təkliflər vermək;

Yerli və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq qurmaq;

Cəmiyyətin Nizamnaməsində nəzərdə tutulan sahələr üzrə fəaliyyət göstərmək, fikir bildirmək və qanun layihələrinin hazırlanması zamanı təkliflər vermək;

Ürək və damar cərrahiyyəsi ilə əlaqədar bütün ölkəni əhatə edən bazanın hazırlanması üçün təşəbbüs etmək və lazımi işləri həyata keçirmək;