Ürək və Damar Cərrahlarının “Şuşa Zirvəsi” keçiriləcək

06.04.2024

Ürək və Damar Cərrahlarının “Şuşa Zirvəsi” keçiriləcək

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə 13-14 aprel 2024-cü il tarixində Şuşa Hotel-də Ürək və Damar Cərrahlarının “Şuşa Zirvəsi” elmi konfransı keçiriləcək.

Konfransda ürək-damar cərrahiyyəsinin ən son yenilikləri müzakirə ediləcək. 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclasında "Şuşa Zirvəsi" Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və Konqresə 4 kredit balı verilib. 

Konfransda iştirak üçün qeydiyyat üçün linkə daxil olun: 

https://forms.gle/BNXvw1MP1Ra6yoX59