AÜDCC nümayəndə heyəti Kardiologiya və Kardio-cərrahiyyə üzrə I beynəlxalq Simpoziumdan qayıdıb

18.04.2023

AÜDCC nümayəndə heyəti Kardiologiya və Kardio-cərrahiyyə üzrə I beynəlxalq Simpoziumdan qayıdıb

Bu beynəlxalq tədbirdə  ölkəmizi Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, t.e.n. Dr. Kamran Musayev və Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti İdarə Heyətinin üzvü Dr. Ramil Əliyev təmsil edib.

T.e.n. Dr. Kamran Musayev “Akut Koronar Sindromlar” mövzusunda keçirilən iclasa sədrlik edib. Eyni zamanda ürək-damar cərrahiyyəsinin inkişafında və bu simpoziumun təşkilindəki xidmətlərinə görə xatirə plaketi ilə mükafatlandırılıb.

Aparılan müzakirələr və elmi iclaslar zamanı Ürək və Damar Xəstəliklərinin diaqnostika və müalicəsindəki ən son nailiyyətlər, həmçinin ürək və ağciyər köçürülməsi ilə kardiologiya sahəsində əldə olunan yeni elmi nailiyyətlər müzakirə olunub. Simpoziumun əsas mühazirəçiləri beynəlxalq miqyasda tanınmış və hər biri öz sahəsində yeniliklərə imza atmış kardioloq və kardio-cərrahlar olub.