Beynəlxalq konqresin ilk günündə gənc kardioloqlar üçün kurslar təşkil edildi
Beynəlxalq konqresin ilk günündə gənc kardioloqlar üçün kurslar təşkil edildi
Mayın 15-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı ürək günləri” 4-cü beynəlxalq konqresi öz işinə başlayıb.
Üç gün davam edəcək konqresdə kardiologiya və ürək-damar cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunulacaq, tibbin bu sahəsinin ən son yenilikləri müzakirə ediləcək.
Konqresin ilk günündə təşkil edilən “Maketlər üzərində femoro–popliteal bypass (bud–dizaltı şuntlama)” və “Heyvan ürəkləri üzərində koronar anastomoz” kursları xüsusilə gənc kardioloqlar üçün çox faydalı olub.
Dünyanın aparıcı kardioloq və kardiocərrahlarının dəvət olunduğu konqresdə 450-dən artıq yerli və əcnəbi mütəxəssis iştirak edir.
“Bakı ürək günləri” 4-cü beynəlxalq konqresinin rəsmi açılış mərasimi mayın 16-da “Fairmont Baku” da baş tutacaq.