“Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunan növbəti aksiya keçirilib

05.06.2025
“Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunan növbəti aksiya keçirilib
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti KRKA Şirkətinin dəstəyilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmət Agentliyinin Xətai rayonunda yerləşən 3 nömrəli Uşaq Evini ziyarət edib.
Burada məskunlaşmış uşaqlar pediatr, kardioloq, kardiocərrah və psixiatr tərəfindən müayinə edilib. Müayinədən sonra müalicə kursu təyin olunub.
Mərkəzi Klinikanın həkim briqadasının təyin etdiyi müalicə kursuna uyğun olaraq KRKA Şirkəti onları lazımi dərman preparatları ilə təmin edib.