“Dünya Ürək Günü”nə həsr olunmuş görüş keçirilmişdir
“Dünya Ürək Günü”nə həsr olunmuş görüş keçirilmişdir
Görüşdə tibb təhsili alan tələbələr və mövzu ilə maraqlanan gənclər iştirak etmişlər.
Dr. Musayev hər il Ümumdünya Ürək Federasiyası tərəfindən həyata keçirilən “Dünya Ürək Günü” haqqında görüş iştirakçılarına məlumat vermişdir. Görüş zamanı federasiyanın bu ilki şüarı olan “Tək ev, Tək ailə, Tək ürək” olduğu üçün görüş zamanı ailə-ürək sağlamlığı mövzusunun müzakirəsinə üstünlük verilmişdir. Həmçinin ailədə ürək sağlamlığının qorunması üçün profilaktik tədbirlər və ürək xəstəliklərinin, xüsusən də infarktın əlamətləri, bu xəstəliklərin qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən işlər barədə məlumat verilmişdir.
Görüş qarşılıqlı diskussiya şəklində davam etmişdir. Sonda Dr. Musayev “İRƏLİ” Radionun qonağı olmuşdur.