Azərbaycanlı mütəxəssislər Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyinin 18-ci Milli Konqresində iştirak edib

25.11.2024

Azərbaycanlı mütəxəssislər Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyinin 18-ci Milli Konqresində iştirak edib

20-24 noyabr 2024-cü il tarixdə Antalya şəhərində  Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyinin Antalyada keçirilən 18-ci Milli Konqresi keçirilib. 

Konqresin məqsədi ürək-damar cərrahiyyəsi sahəsində dünyanın tanınmış mütəxəssisləri ilə təcrübə mübadiləsi aparmaq, tətbiq olunan yenilikləri və texnologiyaları müzakirə etməkdir. 

Konqresdə yerli mütəxəssislərlə yanaşı, dünyanın hər yerindən ürək-damar cərrahları, perfuzionist və tibb bacıları olmaqla 3000-dən artıq mütəxəssis iştirak edib. 

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin 47 üzvü Konqres iştirakçıları arasında olub. Azərbaycanlı mütəxəssislərin rəhbərlik etdiyi 4 sessiya keçirilib. Həmçinin, üzvlərimiz tərəfindən müxtəlif sessiyalarda 8 çıxış edilib. "Konjenital ürək cərrahiyyəsində minimal invaziv yanaşma" və "Ozaki proseduru: Azərbaycan təcrübəsi" mövzusunda çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. 

Bundan başqa, ölkəmizin müxtəlif klinikalarında çalışan ürək-damar cərrahları əldə etdikləri nəticələri tezislər və posterlər şəklində konqresdə təqdim etdilər.