Konqresin ilk günündə praktiki kurslar keçirilib

16.05.2025

Konqresin ilk günündə praktiki kurslar keçirilib

"Bakı Ürək Günləri" 9-cu Beynəlxalq Konqresinin ilk günündə gənc cərrahlar və rezidentlər üçün "Ürəyin cərrahi anatomiyası və koronar anastomoz" kursu və tibb bacıları üçün "Tibb bacıları üçün BLS/CPR" kursu keçirilib.