Mitral Qapaq İşçi Qrupunun toplantısı keçirilib

18.04.2023

Mitral Qapaq İşçi Qrupunun toplantısı keçirilib

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin Mitral Qapaq İşçi Qrupunun növbəti aylıq toplantısı keçirilib. Gəncə şəhərində baş tutan toplantıda ürək-damar xəstəliklərinin müalicə və müayinəsi ilə məşğul kardioloqlar, kardiocərrahlar, perfuziloqlar, tibb bacıları iştirak edib.

Toplantıda mitral qapaq xəstəliklərinin müalicəsində tətbiq edilən dərman və cərrahi müdaxilələr barədə təqdimatlar edilib. Dr. İlkin Quliyev “Mitral qapaq xəstəliklərinin EXO-kardioqrafik diaqnostikası”, Dr. Musa Qəhrəmanov “Mitral qapaq xəstəliklərinin müalicəsinin müasir aspektləri”, Dr. Günay Rəhimova “Mitral qapaq və səyirici aritmiya”, Dr. Vüqar Qapaqov “Mitral qapaq xəstəliklərinin cərrahi müalicəsində yeniliklər” və Dr. Nizami Cəfərov “Mitral qapaq xəstəliklərinin diaqnostikasında şəxsi, maraqlı təcrübələrimiz” mövzusunda çıxış ediblər.

AÜDCC-nin sədri, Prof. Dr. Kamran Musayev “Mitral qapaq çatışmazlığında kompleks təmir” mövzusunu canlı video şəklində təqdim edib.

Mövzu üzrə auditoriyanın suallarına əsasən aktiv müzakirə keçirilib, təcrübə mübadiləsi aparılıb. Belə toplantıların gələcəkdə davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.