“Ürəyin cərrahi anatomiyası” mövzusunda elmi-praktiki seminar keçirilib
“Ürəyin cərrahi anatomiyası” mövzusunda elmi-praktiki seminar keçirilib
Noyabrın 2-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə rezidentlər və gənc həkim-cərrahlar üçün “Ürəyin cərrahi anatomiyası” mövzusunda elmi-praktiki seminar təşkil olunub.
KRKA Şirkətinin dəstəyi ilə keçirilən seminarın proqramına əsasən, əvvəlcə AÜDCC sədri, tibb elmləri doktoru Kamran Kazımoğlu Musayev tərəfindən mühazirə oxunub.
Ardınca isə, seminarın praktiki hissəsi baş tutub. Bu zaman rezidentlər və gənc həkim-cərrahlar heyvan ürəkləri üzərində təcrübə məşğələsində iştirak ediblər.
AÜDCC sədri, tibb elmləri doktoru Kamran Kazımoğlu Musayev gənc həkim-cərrahlar və rezidentlər üçün bu cür seminarların silsilə xarakteri daşıdığını bildirib:
“Cəmiyyətimiz gənc həkimlərin və rezidentlərin elmi-praktiki biliklərinin artırılması üçün silsilə seminarlar təşkil edir. Bu seminarların məqsədi peşəkar həkim-cərrahların öz bilik və təcrübələrini gənc nəslə ötürmələrinə şərait yaratmaq, rezident və gənc həkim-cərrahların gələcək karyeralarına dəstək olmaqdır.”