"Azərbaycan Ürək və Damar Cərrahiyyəsi" jurnalına istinadlar çoxalır

21.11.2023

"Azərbaycan Ürək və Damar Cərrahiyyəsi" jurnalına istinadlar çoxalır

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin elmi jurnalı olan "Azərbaycan Ürək və Damar Cərrahiyyəsi" (Azerbaijani Journal of Cardiovascular Surgery) jurnalında çap olunan (10.5455/azjcvs.2022.05.06) “Cərrahi əməliyyatlar zamanı tənəffüs və plevral ağırlaşmaların inkişafında komorbid xəstəliklərin enən döş aortasına təsiri” (“The influence of comorbidities in the development of respiratory and pleural complications in post-op period during surgical procedures on descending thoracic aorta”) adlı məqalə “Ürək və damar xəstəlikləri üzrə 2-ci Ümumdünya Konqresi"nin Təşkilat Komitəsi (2nd World Congress on Heart and Cardiovascular Diseases) tərəfindən orijinal elmi araşdırma kimi qəbul edilib. Məqalənin müəllifi, AÜDCC-nin periferik arteriyalar üzrə işçi qrupun rəhbəri,  Bakı Sağlamlıq Mərkəzinin həkimi Dr. Əşrəf Həsənzadə bu araşdırmanın metodları və nəticələrini məruzə etmək üçün Konqresə dəvət edilib. 

“Ürək və damar xəstəlikləri üzrə 2-ci Ümumdünya Konqresi" 9-10 may 2024-cü il tarixdə Tayland Krallığının Bangkok şəhərində keçiriləcək. 

Aparılmış elmi araşdırmaya, onun nəticələrinin məruzə edilməsi üçün mötəbər elmi tədbirə dəvət alması Azərbaycan Ürək və Damar Cərrahiyyəsi jurnalının dünya miqyasında izlənilməsinin, Azərbaycan elminə dünyada olan marağın daha bir göstəricisidir.

Elmi məqalələrini dərc etdirmək istəyən həmkarlarımız jurnalın saytına daxil olmaqla göndərə bilər. https://azjcvs.org/