“Kardiologiya və Kardiocərrahiyyədə yeniliklər” Beynəlxalq Konqresi
“Kardiologiya və Kardiocərrahiyyədə yeniliklər” Beynəlxalq Konqresi
5-7 noyabr 2021-ci il tarixdə Türkiyə Ürək və Sağlıq Vakfının təşkilatçılığı ilə “Kardiologiya və Kardiocərrahiyyədə yeniliklər” 17-ci Beynəlxalq Konqresi keçiriləcək. Onlayn platforma üzərindən həyata keçiriləcək Konqresdə kardiologiya və ürək-damar cərrahiyyəsindəki ən son yeniliklər müzakirə ediləcək.
Konqresdə iştirak ödənişli olsa da, Konqresin tərəfdaşı olan Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvləri ÖDƏNİŞSİZ olaraq iştirak edə biləcək.
Konqresdə iştirak etmək istəyən həmkarlarımız Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin katibliyi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.
Əlaqədar şəxs: Dr. Ramil Əliyev (050 309 19 00)
Konqresin proqramı ilə www.uccvs.org saytı vasitəsilə tanış olmaq mümkündür.