Bakıda 3-cü “Bakı ürək günləri” beynəlxalq konqresi keçiriləcəkdir
Bakıda 3-cü “Bakı ürək günləri” beynəlxalq konqresi keçiriləcəkdir
Bu mühüm tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi səhiyyə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizdə kardiologiyanın və ürək-damar cərrahiyyəsinin sürətli inkişafına səbəb olmuşdur.
Konqresdə azərbaycanlı həkimlər xarici ölkələrin tanınmış mütəxəssisləri ilə kardiologiya sahəsindəki problemləri və ən son nailiyyətləri müzakirə edəcəklər. Bundan əlavə, mübahisəli xəstələr üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparılacaq əməliyyatlar konqres salonundan canlı yayımlanacaqdır. Eyni zamanda, heyvan ürəkləri üzərində “Ürəyin cərrahi anatomiyası” mövzusunda təcrübi kurs təşkil olunacaqdır.