“Dünya Ürək Günü”nə həsr olunan elmi toplantı keçirilib
“Dünya Ürək Günü”nə həsr olunan elmi toplantı keçirilib
29 sentyabr – Dünya Ürək Günü ilə əlaqədar Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə uşaq kardioloqu və kardiocərrahlarının iştirakı ilə elmi toplantı təşkil olunub.
KRKA Şirkətinin dəstəyi ilə keçirilən toplantının proqramına əsasən, əvvəlcə Cəmiyyətin sədri Prof. Dr. Kamran Musayev tərəfindən “Dünya Ürək Günü”-nün mahiyyəti və bu günlə əlaqədar keçirilən tədbirlər barədə məlumat verib.
Toplantının ümumi müzakirə mövzusu “Fallo tetradası”na həsr olunub. Dr. Elşən Rzayev “Fallo tetradasının anatomiya və patofiziologiyası”, Dr. Vəli Behbudov “Pre və post operativ dəyərləndirmə”, Dr. Kamran Əhmədov isə “Fallo tetradası: Cərrahi yanaşma” mövzularında mühazirə ilə çıxış edib.
Toplantıda qarşılıqlı fikir mübadiləsi aparılıb və gənc həkimləri maraqlandıran suallar cavablandırılıb.