Azərbaycanda “Dünya Ürək Günü” qeyd ediləcək
Azərbaycanda “Dünya Ürək Günü” qeyd ediləcək
Artıq 10 ildir ki, Dünya Ürək Federasiyası tərəfindən “Dünya Ürək Günü” qeyd edilir. Bu il sentybarın 26-da qeyd ediləcək “Dünya Ürək Günü” ərəfəsində Ümumdünya Səhiyyə Təşkilatı və Dünya İqtisadi Formunun tərəfdaşlığı ilə qlobal ürək-damar xəstəliklərinin 10 illik hesabatı açıqlanacaq, Ürək Federasiyasına üzv təşkilatlar və tərəfdaşları təşkil etdikləri milli fəaliyyət, həmçinin ictimai söhbətlər, gəzintilər, konsert proqramları, idman tədbirləri vasitəsilə “Dünya Ürək Günü”nü qeyd edəcəklər.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq “Dünya Ürək Günü” geniş səviyyədə qeyd ediləcək. Belə ki, “Dünya Ürək Günü” ilə əlaqədar Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən həftə ərzində silsilə tədbirlər həyata keçiriləcək.
22 sentyabr 2010-cu il, saat 16.00
“İnterfax” İnformasiya Agentliyinin konfrans zalı
“Dünya Ürək Günü”nə həsr olunmuş mətbuat konfransı
22 sentyabr 2010-cu il, saat 12.00-15.00
Yeni Günəşli qəsəbəsində yerləşən 2 saylı uşaq evində uşaqların kardioloji müayinədən keçirilməsi
23 sentyabr 2010-cu il, saat 12.00-15.00
Paytaxtda yerləşən körpələr evində uşaqların kardioloji müayinədən keçirilməsi
24 sentyabr 2010-cu il, saat 12.00
Azərbaycan Tibb Universitetində tələbələrin iştirakı ilə seminar
25 sentyabr 2010-cu il, saat 9.00-17.00
Hyatt Regency oteli, Quba zalı
Ölkədə fəaliyyət göstərən həkim kardioloq, kardiocərrahların və xarici ölkələrdən dəvət edilmiş mütəxəssislərin iştirakı ilə “Dünya Ürək Günü”nə həsr olunmuş “Mən ürəklə işləyirəm” adlı elmi-kütləvi Konfrans
Eyni zamanda həftə ərzində şəhərimizin aparıcı ticarət mərkəzlərindən bir neçəsində “Dünya Ürək Günü” ilə bağlı məlumat lövhələri yerləşdiriləcək, buradakı həkim-kardioloqlar tərəfindən ticarət mərkəzlərinə gələn insanlar ilkin kardioloji müayinədən keçiriləcək, ürək-damar xəstəliklərinin profilaktikası barədə məlumatlandırılacaq. Planlaşdırılan tədbirlər zamanı Dünya Ürək Federasiyası tərəfindən hazırlanan bukletlər paylanacaq, “Dünya Ürək Günü”nün afişası səhiyyə müəssisələrində, Azərbaycan Tibb Universitetində və digər ictimai yerlərdə asılacaq.