“Ürəyin cərrahi anatomiyası” mövzusunda praktiki məşğələ keçirilmişdir
“Ürəyin cərrahi anatomiyası” mövzusunda praktiki məşğələ keçirilmişdir
Mayın 18-də Bakı şəhərindəki “Gülüstan” sarayında “Ürəyin cərrahi anatomiyası” mövzusunda praktiki məşğələ keçirilmişdir.
3-cü “Bakı Ürək günləri” beynəlxalq konqresi çərçivəsində keçirilən məşğələdə əvvəlcə Türkiyənin tanınmış professorları Mehmet Ali Özatik və Mehmet Balkanay ürəyin anatomiyası ilə bağlı ətraflı məlumat vermişlər. Sonra Azərbaycanın 30-dan çox gənc kardioloqu heyvan ürəkləri üzərində cərrahiyyə əməliyyatları aparmışlar.
Aparılan əməliyyatlar gənc kardioloqların praktiki biliklərinin artırılması məqsədi ilə keçirilmişdir.
Qeyd edək ki, mayın 17-dən başlayan 3-cü “Bakı Ürək günləri” beynəlxalq konqresində yerli mütəxəssislərlə yanaşı, 38 ölkədən 100-ə yaxın kardioloq və kardiocərrah iştirak etmişdir.
Konqresin ilk günündə yerli və xarici mütəxəssislərin 50-yə yaxın məruzəsi dinlənilmiş və tibb elminin bu sahədəki son yenilikləri müzakirə edilmişdir.
Konqres mayın 19-dək davam edəcəkdir.