Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvləri beynəlxalq konqresdə

17.04.2023

Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvləri beynəlxalq konqresdə

17-22 oktyabr 2008 tarixdə Türkiyənin İzmir şəhərinin istirahət-kurort bölgəsi Çeşmədə Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyinin 10 –cu Kongresi keçirildi.

Konqresdə Türkiyənin bütün ürək-damar cərrahiyyəsi mərkəzlərindən və həmçinin dünyanın böyük klinikalarından tanınmış cərrahlar, anestezioloq, perfuzionist və tibb bacıları iştirak etmişdirlər.

Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti bu konqresdə də aktiv iştirak etmişdir. Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Ten.Dr. Kamran Musayev(MKX), idarə heyətinin üzvləri Prof.Dr.Fuad Abdullayev(Topçbaşov ad. Eksperimental xəstənana), Dr.Vüqar Qapaqov(MKX), Dr.Rafiq İbrahimov(MKX) və Dr.Elbrus Cəfərov(MKX) bu konqresdə respublikamızı təmsil etmişdir.

Konqresin proqramı ürək-damar cərrahiyyəsinin və anesteziologiyasının bütün sahələrini geniş əhatə etmiş və olduqca maraqlı olmuşdur. Kongresdə elmi məqalələrlə yanaşı cərrahiyyənin aktual mövzularında dünya üzrə tanınmış böyük tətqiqatçı alimlərin mühazirələri oxunmuşdur, müxtəlif kurslar və videoprezentasiyalar təşkil olunmuşdur.

Mərkəzi Klinik Xəstəxana Ünvanından Kongresə 8 Elmi Məqalə Təqdim Olunmuş Və Məruzə Edilmişdir. Bunlar: ’’ 80 Yaşın Üzerindeki Hastalarda Kabg Erken Dönem Sonuçlarımız’’, ’’ Akut Koroner Sendromlu Hastalarda Pompasız Kabg Erken Dönem Sonuçlarımız’’, ’’ Ciddi Sol Ventrikül Sistolik Disfonksiyonu Olan Akut Koroner Sendromlu Hastalarda Pompasız Kabg Sonuçlarımız’’, “Desendan Aortanın Sakküler Anevrizmalarında Cerrahi Stratejinin Seçimi’’, “Rüptüre Abdominal Aort Anevrizmasının Cerrahi Tedavisinin Sonuçları.’’, “Multipl Postinfarktüs Vsd: Başarılı Cerrahi Onarım“, “Succesfull Surgıcal Treatment Of Acute Aortıc Dıssectıon Ruptured To The Pulmonary Artery“, ““Rib Cage Lifting” Tekniği Ile Kabg: Ilk Deneyimlerimiz“

’adlı tədqiqat işləri olmuşdur. Həmçinin, konqresdə Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Ten.Dr. Kamran Musayev ana toplantı zalının birində keçirilən, türkiyə xaricindən dəvət olunmuş natiqlərin çıxış etdiyi konfransa sədrlik etmiş və maraqlı, yeniliklərlə dolu olan bu konfrans uğurlu sonlanmışdır.

Ümimilikdə konqres konstruktiv fikir və təcrübə mübadiləsi şəraitində keçdi və bizim deleqasiya üçün çox faydalı olmuşdur.