Avropa Kardiologiya Cəmiyyətinin “Miokardiyal revaskulirizasiya” adlı tövsiyəsi müzakirə edilib
Avropa Kardiologiya Cəmiyyətinin “Miokardiyal revaskulirizasiya” adlı tövsiyəsi müzakirə edilib
Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) təşkilatçılığı ilə keçirilən tədbiri ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov açaraq ürək-damar patologiyasının aktuallığını qeyd etmiş, buna baxmayaraq kardiologiyanın ölkəmizdə səhiyyənin ən inkişaf etmiş sahəsi olduğunu bildirmişdir. Bu sahənin inkişafında türk mütəxəssislərinin rolunu diqqətə çatdıran rektor açıq ürək əməliyyatlarının nəinki Bakıda, regionlarda da uğurla həyata keçirildiyini vurğulamış və konfransın əhəmiyyətindən danışmışdır.
Türkiyə Kardioloji Dərnəyinin sədri Oktay Ergene öz ölkəsində kardiologiya üzrə ümumi mənzərəsi və inkişaf istiqamətləri barədə məlumat vermiş, habelə bu sahədə dünya elminin qazandığı nailiyyətlərdən bəhs etmişdir.
Daha sonra çıxış edən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri namizədi Kamran Musayev ölkəmizdə kardiologiya və kardio-cərrahiyyənin bugünkü inkişaf mərhələsi, həkim kardioloq və kardio-cərrahların son illər əldə etdiyi təcrübələrdən danışmış, beynəlxalq təcrübənin öyrənildiyini və müasir üsulların tətbiq edildiyini bildirmişdir.
Yerli mütəxəssislərin və Türkiyəli həkimlərin iştirak etdikləri konfransda Azərbaycanda kardiologiya sahəsində müasir üsulların tətbiqi məsələləri də müzakirə olunmuşdur.