“Dünya Ürək Günü” silsilə tədbirlərlə qeyd olunub

18.04.2023

“Dünya Ürək Günü” silsilə tədbirlərlə qeyd olunub

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən 29 sentyabr – Dünya Ürək Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib.

29 sentyabr tarixində yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə hibrid formatda Dünya Ürək Gününə həsr olunmuş ürək-damar xəstəlikləri Beynəlxalq Konqresi keçirilib. 300-dən artıq yerli və beynəlxalq mütəxəssisin qatıldığı Konqres Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və Konqresə 16 Kredit balı verilib.

Tədbirlər planına uyğun olaraq rezidentlər və gənc həkimlər üçün praktiki kurslar, təcrübə məşğələləri təşkil olunub. Bu zaman daha təcrübəli mütəxəssislər tərəfindən gənc həkimlərə praktiki tövsiyələr verilib.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvləri Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evini ziyarət edib, burada məskunlaşan uşaqlar həkim pediatr və uşaq kardioloqları tərəfindən müayinə edilib, zəruri müalicələr təyin olunub. müalicələri təşkil olundu.

Həyata keçirilən sosial tədbirlərin davamı kimi, ürək sağlamlığının təbliği, cəmiyyətin diqqətini ürək sağlamlığına cəlb etmək, bu sahədə maarifləndirmə aparmaq məqsədilə həkimlərlə idman jurnalistləri arasında futbol oyunu keçirilib.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti ilə Azərbaycan İdman Jurnalistləri Birliyinin komandası arasında keçirilən oyun jurnalistlərin qələbəsi ilə başa çatıb.