“Dünya Ürək Günü” ilə bağlı ticarət mərkəzlərində aksiyalar keçirilmişdir

18.04.2023

“Dünya Ürək Günü” ilə bağlı ticarət mərkəzlərində aksiyalar keçirilmişdir

Əhaliyə “Dünya Ürək Günü” ilə bağlı Dünya Ürək Federasiyası tərəfindən hazırlanmış maarifləndirici bukletlər və qırmızı rəngli köynəklər paylanmış, ödənişsiz əsaslarla insanların qan təzyiqi, qanda şəkərin, xolestrolun miqdarı ölçülmüşdür. Eyni zamanda, ürək-damar xəstəliklərindən qorunmağın yolları haqqında tövsiyələr verilmişdir. Ümumilikdə bu aksiyada 700-dən artıq insan müayinədən keçirilmiş, ürək xəstəlikləri və “Dünya Ürək Günü” ilə bağlı məlumatlandırılmışdır.