“Aorta patologiyalarının müalicəsində multidissiplinar muasir yanaşma” mövzusunda elmi-praktiki seminar keçirilib

22.05.2024

“Aorta patologiyalarının müalicəsində multidissiplinar muasir yanaşma” mövzusunda elmi-praktiki seminar keçirilib


Mayın 17-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə rezidentlər və gənc həkim-cərrahlar üçün “Aorta patologiyalarının müalicəsində multidissiplinar muasir yanaşma” mövzusunda elmi-praktiki seminar təşkil olunub.


KRKA Şirkətinin dəstəyi ilə keçirilən seminarın proqramına əsasən, Dr. Samir Mehtiyev arterial hipertenziya, Dr. Ağakişi Yəhyayev endovaskulyar aorta təmiri, Dr. Beyrək Abbaszadə kompleks arkus replasmanı, Dr. Seymur Musayev redo aorta cərrahiyyəsi və Dr. Ramin Verdixanov aorta cərrahiyyəsində beyin qoruma üsulları mövzularında mühazirələr oxuyub. 


Seminarda qarşılıqlı fikir mübadiləsi aparılıb və gənc həkimləri maraqlandıran suallar cavablandırılıb.