“Uşaq ürəkləri Qarabağda döyünür” – pediatrik elmi konfransı keçiriləcək
18.04.2023
“Uşaq ürəkləri Qarabağda döyünür” – pediatrik elmi konfransı keçiriləcək
Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti, Azərbaycan Kardiologiya Cəmiyyəti, Azərbaycan Tibb Assosiasiyası Pediatriya Dərnəyinin birgə təşkilatçılığı ilə “Uşaq ürəkləri Qarabağda döyünür” şüarı ilə “Uşaq xəstəliklərinin diaqnostika və müalicəsində yeniliklər” adlı Beynəlxalq Pediatrik Elmi Konfrans keçiriləcək.
1 iyun – Uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş Konfrans Füzuli rayonu Horadiz qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.