Dubayda aorta cərrahiyyəsinin gələcəyi müzakirə olunacaq: GAS 2026
Dubayda aorta cərrahiyyəsinin gələcəyi müzakirə olunacaq: GAS 2026
6-8 fevral 2026-cı il tarixdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində (Jumeirah Emirates Towers) Körfəz Aorta Sammiti (GAS) keçiriləcək.
Körfəz regionunun və dünyanın ən nüfuzlu aorta mütəxəssislərini bir araya gətirən bu platforma, aorta xəstəliklərinin müalicəsində ən son innovasiyaları təqdim edir. "Aorta bir dəyişiklik orqanı kimi: Qlobal aorta xəstəliklərinin idarə edilməsi üçün ilhamverici həllər" mövzusunun müzakirə ediləcəyi Sammitdə diqqət yetiriləcək əsas istiqamətlər:
- Mürəkkəb patologiyalar: Torakoabdominal aorta anevrizmaları və kəskin aorta sindromları.
- Minimal invaziv yanaşmalar: Ən son endovaskulyar (TEVAR/EVAR) və hibrid cərrahi texnikalar.
- Canlı cərrahiyyə: Beynəlxalq ekspertlərin icra etdiyi əməliyyatların interaktiv müzakirəsi.
- Akademik inkişaf: Gənc cərrahlar üçün praktiki vörkşoplar (hands-on sessions).
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) yerli kardiocərrah, damar cərrahı, invaziv kardioloq və radioloqlarımızı bu mühüm elmi hadisədə iştirak etməyə dəvət edir. Məlumat üçün bildiririk ki, tədbir beynəlxalq CME (Davamlı Tibbi Təhsil) balları ilə akkreditasiya olunmuşdur.
Ətraflı məlumat üçün: www.gulfaorta.com