AÜDCC və TƏBİB arasında əməkdaşlığa dair memorandum İmzalanıb
AÜDCC və TƏBİB arasında əməkdaşlığa dair memorandum İmzalanıb
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu (DATS) çərçivəsində yerli və beynəlxalq tibbi cəmiyyətlərin rəhbərləri ilə görüşüb.
Görüşdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, tibbi cəmiyyətlərlə qarşılıqlı əməkdaşlıq Azərbaycanda səhiyyə sisteminin daha da inkişafına öz töhfəsini verəcək və gələcəkdə aktiv layihələrin həyata keçirilməsinə zəmin yaradacaq.
Tibbi cəmiyyətlərin sədrləri təşəbbüs üçün təşəkkür edərək, birgə uğurlu işlərə imza atmaq üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıblar. Daha sonra TƏBİB-lə yerli və beynəlxalq tibbi cəmiyyətlərin arasında qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanıb.
Memorandumlar TƏBİB-lə Azərbaycan Daxili Xəstəliklər Dərnəyi, Azərbaycan Əczaçılar Assosiasiyası, Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti, Bariatrik və Metabolik Cərrahlar Cəmiyyəti, Minimal İnvaziv Cərrahlar Cəmiyyəti, Azərbaycan Ürək və Damar Cərrahiyəsi Cəmiyyəti, Azərbaycan-Amerika Əczaçılar Assosiasiyası, Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Tibb İşçiləri Birliyi, Azərbaycanlı Həkimlər Dərnəyi, Kanadanın "Delta health" qrupu, Avropa Asiya Ginekologiya və Mamalıq Cəmiyyəti, İngiltərədəki Azərbaycan Alzheymer Assosiasiyası arasında imzalanıb.
Memorandumlar tərəflər arasında qarşılıqlı faydalı, uzunmüddətli, effektiv əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq çərçivəsini, koordinasiya prosedurlarını müəyyən edir.