Aritmiya işçi qrupunun aylıq toplantısı keçirilib

27.01.2025

Aritmiya işçi qrupunun aylıq toplantısı keçirilib

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin Aritmiya İşçi qrupunun aylıq toplantısı keçirilib.
KRKA Şirkətinin dəstəyi ilə keçirilən aylıq toplantının proqramına əsasən, Dr. Günay Rəhimova "Açıq ürək əməliyyatı sonrası aritmik ağırlaşmalar", Dr. Ata Kırılmaz "Mədəcik taxikardiyalari, nə zaman cihaz, nə zaman ablasiya?", Dr. Rauf Yusifov "Səyirici aritmiyanın cərrahi müalicəsi: Cox – Maze proseduru" və Dr. Nigar Kazımzadə "Cərrahiyyə və incəsənət: Commando (UFO) əməliyyatı" mövzularında çıxış edib.
Toplantı qarşılıqlı fikir mübadiləsi ilə davam edib və gənc həkimləri maraqlandıran suallar cavablandırılıb.