ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • Menu Canvas
    • AÜDCC
      • Missiya və Hədəflər
    • YENİLİKLƏR
    • ÜZVLÜK
    • İŞÇİ QRUPLAR
    • JURNAL
    • ƏLAQƏ

ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • AÜDCC
    • Missiya və Hədəflər
    • İdarə heyəti
  • YENİLİKLƏR
  • ÜZVLÜK
  • İŞÇİ QRUPLAR
    • Siyahısı
    • Əsasnaməsi (LAYİHƏ)
  • JURNAL
  • BİZİMLƏ ƏLAQƏ

Yeni doğulmuş körpədə mürəkkəb ürək qüsuru uğurla aradan qaldırıldı

Homepage KARDİOLOGİYA YENİLİKLƏRİ Yeni doğulmuş körpədə mürəkkəb ürək qüsuru uğurla aradan qaldırıldı
KARDİOLOGİYA YENİLİKLƏRİ, Xəbərlər, YENİLİKLƏR

Yeni doğulmuş körpədə mürəkkəb ürək qüsuru uğurla aradan qaldırıldı

August 27, 2020
By Mayıs Musayev
0 Comment
463 Views

Bu günlərdə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın Baş həkimi, ürək-damar cərrahı Prof. Dr. Kamran Musayev və komandası tərəfindən çəkisi 3,5 kq olan yeni doğulmuş körpədə mürəkkəb ürək qüsuru əməliyyat edilərək uğurla aradan qaldırılıb. Əməliyyatdan bir həftə sonra körpə evə yazılıb. Bu barədə Prof.Dr.K.Musayevin özü məlumat verib:

“Ürək cərrahiyyəsində məşğul olduğumuz problemlərdən biri də anadangəlmə ürək qüsurları ilə bağlıdır. Anadangəlmə ürək qüsurlarının müalicəsi cərrahi metodlarla yerinə yetirilir. Yenidoğulmuş və çəkisi cəmi 3.5 kq olan Atilla balamız da bu günlərdə bizə mürəkkəb anadangəlmə ürək qüsuru ilə müraciət edib. Şikayətləri ciddi göyərmə, qaralma və təngnəfəslikdən idi. Apardığımız müayinələrin nəticəsində “Böyük Arteriyaların Transpozisiyası” adlanan mürəkkəb ürək qüsurunun olduğu təsdiqləndi. Yəni normal anatomiyanın tam tərsinə, ürəyin sağından çıxmalı olan böyük damar (ağciyər arteriyası) soldan, ürəyin solundan çıxmalı olan böyük damar (aorta) isə sağdan çıxırdı. Eyni zamanda tac damarlarında da nadir anomaliya mövcud idi. Bütün tac damarları bir mənbədən çıxırdı, elmi dildə buna tək koronar arteriya deyilir. Lazımi hazırlıq proseduralarından sonra körpəmizi təcili əməliyyata götürdük. Çünki körpənin oksigen saturasiyası 30-40%-ə qədər azalırdı. 5 saat çəkən uğurlu əməliyyatla körpənin ürəyindəki problem aradan qaldırıldı. Jaten əməliyyatı və ya arterial dəyişdirmə əməliyyatı adlandığımız cərrahi prosedura ilə həm böyük damarlar normal yerinə qaytarıldı, həm də tac arteriya normal yerinə reimplantasiya edildi.  Əməliyyatdan sonrakı gedişatda problem yaşamadığımız xəstəni artıq evə yazdıq. Bu əməliyyatın uğurla həyata keçirilməsində ürək-damar cərrahları ilə yanaşı, uşaq kardioloqları, anesteziloq-reanimatoloqlar, neonatoloqlar birgə çalışırıq. Onların hamısına minnətdarlığımı bildiriəm. Onu da qeyd etmək istəyirəm ki, xəstəmiz icbari sığortanın göndərişi ilə bizə yönləndirilmişdi. Fürsətdən istifadə edərək, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə də bu cür ağır patologiyaların müalicəsinə verdiyi dəstəyə görə təşəkkürümü bildirirəm. Ümumiyyətlə, düşünürəm ki, körpələrdə Jaten əməliyyatı kimi mürəkkəb əməliyyatların ölkəmizdə milli kadrlar tərəfindən icra olunması, səhiyyəmizin və ürək-damar cərrahiyyəsinin inkişafını göstərən ən yaxşı göstəricidir.”

Anadangəlmə ürək qüsuru ilə doğulan uşaqların sonrakı ömrünü sağlam davam etdirə bilməsi üçün erkən diaqnostikanın və müdaxilənin çox vacib olduğunu qeyd edən Prof. Dr. Kamran Musayev, bu zaman valideynlərin daha diqqətli olmasının əhəmiyyətinə diqqət çəkib. 

“Bizə çox məlum olmayan səbəblərə görə, ana bətnində inkişafın düzgün getməməsi nəticəsində ürəyin quruluşunda anormallıq əmələ gəlir. Anadangəlmə ürək qüsurları əsasən iki qrupa bölünür: asiyanotik (ağ qüsurlar) və siyanotik (göy qüsurlar). Ölkəmizdə də ürək qüsuru ilə uşağı doğulan ailələr var və təəssüf ki, bəzən bu problemin həlli olmadığı fikirləşilir. Halbuki, dünyada və Azərbaycanda anadangəlmə ürək qüsurlarının demək olar ki, hamısı korrektiv əməliyyatlarla müalicə oluna bilir. Bu baxımdan valideynlər çox diqqətli olmalı, uşaqlarında ürək qüsuru olduğunu bilən kimi (göyərmə, tez yorulma, təngənəfəslik, tez-tez ağciyər infeksiyası keçirməsi, ümumi inkişafdan geri qalma və s.) həkimə müraciət etməli və uşaqlarını lazımi müayinələrdən keçirməlidirlər.”

Qeyd edək ki, ürək-damar cərrahiyyəsinin bu günkü imkanları ilə cərrahi kömək göstərilə bilinməyən ürək qüsuru çox nadirdir. Xəstələr bu əməliyyatlardan sonra normal insan kimi həyatlarına davam edirlər.


Previous Story
“COVID-19 infeksiyası və ürək-damar xəstəlikləri” mövzusunda vebinar
Next Story
Maastricht Mitral Masters: canlı əməliyyatla veb seminar

Sonuncu məqalələr

  • “COVID-19 zamanı ECMO tətbiqi” mövzusunda vebinar Saturday, 26, Dec
  • Türkiyə Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin 16-cı Milli Konqresi Wednesday, 14, Oct
  • Maastricht Mitral Masters: canlı əməliyyatla veb seminar Thursday, 10, Sep
  • Yeni doğulmuş körpədə mürəkkəb ürək qüsuru uğurla aradan qaldırıldı Thursday, 27, Aug
  • “COVID-19 infeksiyası və ürək-damar xəstəlikləri” mövzusunda vebinar Wednesday, 22, Apr
  • “Ürək və Damar Cərrahiyyəsi” elmi-praktik jurnalının təqdimatı olub Saturday, 29, Feb
  • Azərbaycanda Dünya Ürək Günü qeyd edilib Sunday, 29, Sep
  • Ürəyinizin qəhrəmanı olun! Sunday, 29, Sep
  • 18-ci Cərrahiyyə və Hepatoqastroenterologiya Beynəlxalq Konqresi Saturday, 7, Sep
  • “Bakı Ürək Günləri” 6-cı Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub Saturday, 8, Jun

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti

Ünvan: AZ1006, Parlament prospekti 76, Azərbaycan, Bakı

Əlaqə vasitələri:

+994 12 492 10 92
+994 50 309 19 00

E-mail: info@audcc.org.az

 

Bizi sosialda izlə

Copyright ©2020 All Rights Reserved
SearchPostsLogin
Saturday, 26, Dec
“COVID-19 zamanı ECMO tətbiqi” mövzusunda vebinar
Wednesday, 14, Oct
Türkiyə Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin 16-cı Milli Konqresi
Thursday, 10, Sep
Maastricht Mitral Masters: canlı əməliyyatla veb seminar
Thursday, 27, Aug
Yeni doğulmuş körpədə mürəkkəb ürək qüsuru uğurla aradan qaldırıldı
Wednesday, 22, Apr
“COVID-19 infeksiyası və ürək-damar xəstəlikləri” mövzusunda vebinar
Saturday, 29, Feb
“Ürək və Damar Cərrahiyyəsi” elmi-praktik jurnalının təqdimatı olub

Welcome back,