Hörmətli müəlliflər!
“Ürək və damar cərrahiyyəsi” jurnalının missiyası dərc olunan elmi materialların ən yüksək keyfiyyətdə olmasını təmin etməkdən ibarətdir. Redaksiya öz işində Tibb jurnalları redaktorlarının beynəlxalq komitəsi (İCMJE) və Elmi nəşrlərin etikası üzrə beynəlxalq komitənin (Committee on Publication Ethics – COPE), o cümlədən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmiş tövsiyələrdə qeyd edilmiş redaktə etikasının prinsiplərinə riayət etməyə çalışır.
1. Ümumi məlumat
“Ürək və damar cərrahiyyəsi” jurnalına aşağıdakı kateqoriyalı məqalələr qəbul edilir:
- Sağlam könüllü və ya pasiyentlərin iştirakı ilə kliniki tədqiqatlar.
Kliniki tədqiqatlara həsr edilmiş məqalələr boşluq ilə birlikdə 25 000 simvoldan artıq olmamalıdır.
- Fundamental və klinikadan əvvəlki tədqiqatlar.
Ürək və damar cərrahiyyəsi sahsində fundamental elmi tədqiqatlar və klinikadan əvvəlki tədqiqatların dərc edilməsinə onlar aydın kliniki əhəmiyyət kəsb etdikləri halda icazə veriləcək. Fundamental tədqiqatlar sahəsində elmi məqalələr dedikdə, in vitro şəraitində eksperimental heyvan və ya hüceyrə/toxuma üzərində aparılmış tədqiqatlar təsvir olunan məqalələr nəzərdə tutulur. Bu kateqoriyaya aid olan məqalələr 25 000 simvoldan artıq olmamalıdır.
- İcmallar.
Jurnalımızın redaksiya şurası müəllifləri əlaəqli mövzu icmallarından əvvəl üstünlük veriləcək sistematik icmallar dərc etməyə səsləyir. Sistematik icmallar adi mövzulu icmallardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Mövzulu icmallar, əsasən, təsviri olur və onlara sistemli ədəbiyyat axtarışı aid deyildir. Nəticə olaraq ona müvafiq sahəyə aid olan, əlçatan olması və/və ya icmal müəllifinin nəyə daha çox üstünlük verməsinə uyğun olaraq seçilmiş bəzi tədqiqatlar daxil edilir. Beləliklə, əsasında nəticələr çıxarılan mövzulu icmalda elmi işlərin seçimi ilə bağlı olan səhvlər istisna edilə bilməz. Mövzulu icmallardan fərqli olaraq, sistematik icmallar müfəssəl plan əsasında tərtib edilir. Tədqiqatın aparılması metodikasında verilənlər bazaların adları, filtr və açar sözlər, o cümlədən ilkin mənbələrin daxil edilməsi/çıxarılması üçün bütün əlavə şərtlər qeyd olunur. Bu, daha ətraflı axtarış etmək və tibbin bü sahəsində olan bütün tədqiqatların qiymətləndirilməsinə və mümkün qədər obyektiv nəticələr çıxarmağa imkan verir. Əksər zamanlar sistematik icmala meta-təhlil komponenti daxil edilir, bu komponentdə adi say dəyişən – effektin ölçüsü kimi bir neçə tədqiqatın verilənləri üçün statistik alətlər istifadə edilir (Petticrew & Roberts, 2006). Sistematik icmalların yaradılması haqqında tövsiyələri “Müəllifə tövsiyə” bölməsində tapa bilərsiniz. Bu kateqoriyadakı məqalələr 30 000 simvoldan artıq olmamalıdır.
- Kliniki hallar.
Klinik halın təsvir edilməsi zamanı laborator və instrumental müayinə metodların nəticələrinin təqdim edilməsi vacibdir. Şəkillərin əlavə edilməsi arzuolunandır. Əlyazmanın təsviri hissəsi böyük olmamalıdr.
2. Əlyazmanı necə təqdim etməli.
“Ürək və damar cərrahiyyəsi” jurnalı məqalələrin İnternet vasitəsilə təqdim edilməsi və resenziyası sistemindən istifadı edir. Belə sistem müəlliflər tərəfindən əlyazmaların təqdim edilməsini asanlaşdırır və resenziya vermə və dərc etmə sistemini sadələşdirir. “Məqaləni göndərmək” düyməsini seçin və təlimatlara riayət edin.
3. Nəşr üçün əlyazmaların seçilməsi proseduru.
“Ürək və damar cərrahiyyəsi” jurnalına əlyazmanın təqdim edilməsinə dair tələblərə cavab verən bütün əlyazmalar öncə redaktorlar tərəfindən yoxlanacaq. Bəzi əlyazmalar, məqalə “Ürək və damar cərrahiyyəsi” jurnalında dərc edilmək üçün uyğun hesab edilmədikdə, və ya materialların təqdim edilməsi tələblərinə cavab vermədiyi halda, bu mərhələdə müəlliflərinə qaytarılacaq. Redaktorlar tərəfindən resenziya vermə mərhələsinə buraxılmış bütün əlyazmalar iki müstəqil resenzentin müvafiq ekspert qiymətləndirməsindən keçəcək.
4. Resenziya vermə proseduru.
“Anonim” (yani, müəssisə adı və müəlliflərin soyadı göstərilməmiş), qeydiyyat nömrəsi, tam adı, abstrakt, açar sözlər və şəkil, cədvəl və biblioqrafiya daxil olmaqla tam mətni olan məqalə iki müstəqil resenzentə göndərilir. Düzəliş tələb edən qeydlər redaksiyanın katibi tərəfindən müəllifə göndərilir. Müəllif üçün resenziya anonimdir. Müəllifin cavabı və düzəliş edilmiş variant yenidən resenzetə göndərilir. Məqalə yalnız iki müsbət resenziya olduğu halda, dərc edilə bilər. Bundan başqa, zərurət yarandıqda, resenzent bundan əlavə məqaləni statistik yoxlamadan keçməyə göndərə bilər.
Bütün resenzentlər resenziya verdikləri materiallar üzrə təsdiq edilmiş mütəxəssislərdir və resenziya verdikləri məqalənin mövzusunda son 3 il ərzində materialları dərc olunmuş müəlliflərdir. Resenziyalar 5 il ərzində nəşriyyatda və nəşrin redaksiyasında saxlanılır.
5. Müəlliflik.
Müəllif qismində sadalanmış bütün şəxslər müəlliflik hüququna malik olmalı və işin müvafiq hissləri və ya bütövlükdə iş üçün məsuliyyəti üzərlərinə götürmək üçün yetərincə işdə iştirak etməlidirlər. Məqalənin müəllifləri:
- Tədqiqatın konsepsiyası və dizaynı, verilənlərin toplanması və ya verilənlərin təhlili və interpritasiyasına mühüm töhfə verməli;
- Məqalənin layihəsi üzərində gedən işdə iştirak etməli və ya onun məzmunu haqqında tənqidi resenziya verməlidir;
- Məqalənin dərc edilməyə hazır olan yekun versiyasını təsdiq etməlidir.
Müəllifliyə iddia edə bilməyən digər iştirakçılar, Təşəkkür bölməsində qeyd olunmalıdır. Müəlliflik haqqında əlavə məlumatla İCMJE-nin Təlimatı “Müəllifə tövsiyə” bölməsində tanış ola bilərsiniz.
6. Nəşrlərin etik aspektləri
“Ürək və damar cərrahiyyəsi” jurnalı Tibb jurnalları redaktorlarının beynəlxalq komitəsi (İCMJE) tövsiyələrinə əməl edir və əlyazma təqdim edilən zaman hər bir müəllif üçün potensial maraqların toqquşması halların olması barəsində məlumat təqdim edilməlidir. Bu cür münaqişələrə hər şeydən savayı, payın və ya tam qrantın, təqdim edilmiş əlyazmada məhsulu göstərilən və ya rəqabət aparan məhsul istehsal edən şirkətdən məsləhətçi honorarının alınması daxil ola bilər. Bu məlumat, qoşma məktubda göstərilməlidir. Maraqlatın toqquşması barəsində əlavə mlumat olmayan materiallar mütəxəssis qiymətləndirilməsinə göndərilməyəcək. Maraqların toqquşamsının mövcudluğu və ya yoxluğu “Təşəkkür” bölməsindən sonra əlyazmada göstərilməlidir və burada qoşma məktuba daxil edilmiş maraqların toqquşması barəsində ümumiləşdirilmiş məlumat olmalıdır. Maraqların toqquşması halı olmadığı halda, müəlliflər “Maraqların toqquşması: məlumat verilməyib” qeyd etməlidir.
Vacibdir! Müəllif tərəfindən aydın və ya potensial maraqların toqquşması halının üstünün açılması (o cümlədən maliyyə marağının olması), o cümlədən elmi işin və/və ya məqalənin hər-hansı bir təşkilat tərəfindən yazılması məqalənin dərc edilməsindən imtinaya səbəb deyildir, əksinə, o, müəlliflərə resenziya vermə zamanı əlavə üstünlük veririr və işin müəlliflərinin tədqiqatın aparılması və nəticələrin dərc edilməsinə məsuliyyətlə yanaşdığını göstərir.
7. Pasiyentlərin iştirakı ilə aparılan tədqiqatlar.
Müəlliflər öz tədqiqatlarının Helsinki bəyannaməsinə uyğun olduğunu, etika üzrə yerli komitənin tədqiqat protokolunu təsdiq etdiyini, subyekt (və ya onların qəyyumlarının) məlumatlandırılmış razılığı əldə olunduğunu bildirməlidir.
8. Nəşrin qadağan edilməsi.
Müəlliflərə işlərini dərc etmək qadağan olunduğu halda, məsələn, onlar işlərinin nəticəsini hər-hansı konfransda təqdim etdikləri halda, biz məqalənin nəşr edilməsini qadağa götürülənədək təxirə sala bilərik. Müəlliflər məqaləni təqdim edərkən, habelə korrektura qaytarılarkən qeydi, o cümlədən məqalənin nəşr edilə bilən tarix və vaxtı qoşma məktuba əlavə etməlidirlər.
9. Müəllif hüquqları haqqında məlumat.
“Ürək və damar cərrahiyyəsi” jurnalında məqalənin çap edilməsi şərti müəllifin redaksiyaya təqdim etdiyi əlyazmaya dair eksklüziv hüququn təqdim edilməsindən ibarətdir. Bu, üçüncü şəxslərdən gələn sorğuların effektiv və ardıcıl olaraq təmin edilməsinə zəmanət verir, həm də məqalənin mümkün qədər geniş yayılmasına imkan verir. Müəlliflər öz materiallarından digər nəşrlərdə, “Ürək və damar cərrahiyyəsi” jurnalı ilkin nəşr edən yer kimi qeyd edildikdə, istifadə edə bilərlər. Bundan əlavə, redaksiya müəllifin özü, resenzent və nəşriyyatdan başqa heç kimə əlyazma haqqında heç bir məlumat verilməyəcəyinə zəmanət verməlidir.
Diqqətinizə çatdıraq ki, nəşr üçün məqaləni təqdim etdikdə, siz məqalənin müəllifi/təqdim edən müəllifi olduğunuzu və məqalə ilə bağlı məsələlərlə əlaqədər sizə müraciət etmək üçün nəşriyyatın sizin elektron ünvanınızı saxlamasına razı olduğunuzu təsdiq edirsiniz. Əlaqə məlumatlarınız dəyişdikdə, dərhal bu haqda nəşriyyata məlumat verin. Məqalənin dərc edilmə üçün qəbul edildiyi halda, redaktor sizinlə qeydiyyat zamanı istifadə etdiyiniz elektron poçt ünvanı vasitəsilə əlaqə saxlayacaq. Redaksiya qəbul edilməmiş məqalənin surətini özündə saxlamır.
10. İcazələr haqqında məlumat.
Dəyişiklik və adaptasiya etmədən başqa mənbələrdəki şəkil və cədvəllərdən istifadə etdikdə, hüquq sahibinin yazılı icazəsinin surətini təqdim etmək lazımdır. Dərc edilmiş mənbələrdən mətn materialı (250-300 söz) istifadə edildikdə, nəşriyyat və müəllifin yazılı icazəsi tələb olunur. Daha qısa sitat və adaptasiya olunmuş şəkillər üçün biblioqrafiya istinadı əlavə etmək kifayətdir. Şəkil və cədvəllər üçün “Adaptasiya olunmuşdur: ” qeyd etmək lazımdır. Mətn və ya şəkildən istifadə etmək üçün icazə haqqında məktublar əlyazmaya əlavə edilməlidir. İcazə ala bilmədiyiniz halda, mənə məlumat verin.
11. İnternetə giriş və ayrı-ayrı ottisklər.
Ödənişsiz onlayn-giriş haqqında ətraflı məlumat ortaq məsul müəllifə göndəriləcək, onlar isə öz növbəsində bunu müəlliflərə verə biləcək. Redaksiyada ayrı-ayrı ottisklər tələb oluna bilər.
12. Əlyazmaların hazırlanması.
Orijinal məqalənin həcmi boşluq işarəsiz 25 000 simvoldan artıq olmamalıdır, təcrübədən olan hadisə – 10 000, icmal – 30 000. Cədvəl, şəkil və istinadların sayı əlyazmanın məzmununa uyğun olmalıdır və həddən-artıq olmamalıdır. Hər orijinal məqaləyə qısa xülasə əlavə edilməlidir (boşluq işarəsiz 2200 simvldan artıq olmayan).
Ümumi format.
Məqalə elektron formada qəbul edilir. Əlyazmanın elektron forması Microsoft Word mətn redaktorunda təqdim edilməlidir. PDF formatlı faylda olan mətnlər qəbul edilmir. Şəkillər elektron formada JPG (keyfiyyət göstəricisi “Yüksək” və ya “Maksimum”), PNG, 300 dpi-dən aşağı olmayan icazəli və 85×65 az olmayan ölçüdə TİFF formatında qəbul edilir. Qrafik və sxemlər Exel, PowerPoint formatlarında qəbul edilir. Məqaləyə baş redaktorun adına yazılmış qoşma məktub əlavə olunmalıdır.
Əlyazmanın bölmələri.
Kliniki və klinikadan əvvəlki tədqiqatlara dair məqalələr aşağıdakı bölmələrdən iarət olmalıdır:
- Titul vərəqi;
- Xülasə və açar sözlər;
- Laboratoriya məlumatlarının klinikaya köçürülməsi perspektivləri (yalnız klinikadan əvvəlki tədqiqatlar üçün tətbiq edilən köçürülmə aspektləri);
- giriş;
- metodlar;
- nəticələr;
- müzakirə;
- təşəkkür;
- maliyyələşdirmə;
- maraqların toqquşması;
- istinadlar;
- əlavələr;
- mətn cədvəlləri;
- şəkillər.
Titul vərəqi.
Birinci səhifənin əvvəlində məqalənin adı; tam olaraq müəlliflərin hamısının adı, soyadı və atasının adı, məqalənin müəllifləri çalışdığı müəssisənin tam adı, yani poçt indeksi, şəhər, küçə və evin nömrəsi göstərilməlidir.
Vacibdir! Hər müəllif üçün bir (əsas) iş yeri göstərilməlidir. Redaksiya yazışa biləcəyi müəllifin soyadı, adı və atasının adı, onun poçt ünvanı, telefon və elektron poçt ünvanı (bütün məlumatlar ingilis və rus dillərində göstərilir) qeyd olunmalıdır. Lütfən, müəlliflərin çalışdığı müəssisənin rəsmi adını ingilis dilində qeyd edin.
Açar sözlər.
3-10 açar söz daxil edilə bilər. Açar sözlər məqalənin axtarış sistemində indeksləşməsinə kömək etməlidir. Bütün açar sözlər ingilis dilinə tərcümə olunmalıdır. Mümkün qədər “kalka”, yani açar sözlərinin rus dilindən ingilis dilinə birbaşa tərcüməsindən qaçmaq lazımdır. İngilis dilində açar sözlərinin seçilməsi üçün ABŞ Milli tibbi kitabaxanasının – Medical Subject Heading (MeSH) tezaurusundan istifadə etmək lazımdır.
Xülasə.
Orijinal məqalələrin xülasəsinin mətnini altbaşlıqları ilə göstərərək strukturlaşdırmaq lazımdır:
- məqsədlər;
- material və metodlar;
- nəticələr;
- rəy;
İcmal və mühazirənin xülasəsində (boşluq hesablanmadan həcmi 1000 simvoldan artıq olmamalıdır) onların əsas məzmununu əks etdirmək kifayyətdir.
Laboratoriya məlumatlarının klinikaya köçürülməsi perspektivləri (əsaslı tədqiqatlar üçün).
Laboratoriya məlumatlarının klinikaya köçürülməsi perspektivləri haqqında oxucuya qısa məlumat vermək üçün kliniki məlumatlara əsasən 3-5 cümlədən ibarət qısa xülasə.
Giriş.
Girişin mətnində tədqiqata həsr edilmiş problemin qısa təsviri və işin aktuallığının əsaslandırılması göstərilməlidir.
Materiallar və metodlar.
“Materiallar və metodlar” bölməsinin əsas vəzifəsi əldə olunmuş nəticələrin dərc edilməsi məqsədilə tədqiqatın maksimum aydın ifadə olunmuş dizaynı və tədqiqat metodlarından ibarətdir. Tədqiqat metodları və prosedurları, o cümlədən avadanlıq (mötərizədə istehsalçının qeyd olunması ilə) tələb olunduğu qədər ətraflı təsvir edilməlidir ki, digər tədqiqatçılar da alınmış nəticələri istifadə edə bilsinlər. Tədqiqatın metodologiyası təsvir edilərkən aşağıdakılar mütləq qeyd olunmalıdır: daxil etmə / istisna etmə meyarları, tədqiqatın etik aspektləri, randomizasiya metodunun təsviri, tədqiqatın ilkin və son nöqtələri, statistik təhlil metodların təsviri. Müəlliflərə “EQUATOR NETWORK” tərəfindən təqdim edilmiş hesabat strukturu üzrə tədqiqat növündən asılı olaraq müvafiq tövsiyələrdən istifadə etmək məsləhət görülür. Bu, Sizin redaktor, resenzent və oxucular üçün tədqiqatın necə aparılması və nəticələrinizin həqiqiliyi barəsində kifayət qədər məlumat təqdim edəcəyinizə zəmanət verəcək. Tədqiqatların müxtəlif növləri üzrə tövsiyə və yoxlama vərəqələrini “Müəllifə tövsiyələr” bölməsində və “EQUATOR NETWORK” internet səhifəsində tapa bilərsiniz.
Statistik təhlil.
Dizayn və verilənlərin təhlili “Metodlar” bölməsində qısa, lakın aydın şəkildə təsvir edilməlidir. İstifadə olunan proqram, əhəmiyyət dərəcəsi və onun ikitərəfli olması (bu qaydadaır) göstərilməlidir. Mümkün qədər standart metodlardan istifadə edin. Nadir və yeni statistik metodlar istifadə olunan zaman hər dəfə istinad verilməlidir. Qeyri-adı mürəkkəb və innovaiv metodlar tətbiq edildiyi halda, maraqlanan oxucular üçün “əlavə material” şəkilində ətraflı məlumat verilməlidir. Mürəkkəb dizaynı olan tədqiqatlar üçün peşəkar statistika mütəxəssisnin iştirakı tövsiyə olunur.
Nəşrlərin etik aspektləri.
“Materiallar və metodlar” bölməsinə tədqiqatın məsul etik (müəssisə və ya milli) komitə tərəfindən təsdiq edildiyini və ya bu cür qiymətləndirmədən azad olduğunu göstərən məlumat daxil olmalıdır. Rəsmi etik komitə olmadığı təqdirdə, məlumatda tədqiqatın Helsinki bəyannaməsinə müvafiq olaraq keçirildiyi göstərilir.
Nəticələr.
Tədqiqatın populyasiyasını, tədqiqatdan çıxarılmış pasiyentlər və çıxma səbəbi, o cümlədən protokoldan kənara çıxma halları daxil olmaqla, aydın şəkildə təsvir edin. “Metodlar” bölməsində göstərilmiş ilkin və iknci son nöqtələr üzrə bütün məlumatlar göstərilməlidir. Bu zaman mətndə yalnız ən vacib məlumatlar göstərilməlidir, verilənlərin daha aydın olması üçün şəkil və cədvəllərdən istifadə edin. Şəkildəki məlumat və adların məqalənin mətninə uyğunluğunu yoxlayın. Tədqiqat zamanı və ya tədqiqat bitdikdən sonra, mətnləşdirilən hipotezalarda baş verən bütün dəyişiklikləri təsvir edin.
Müzakirə.
Əsas nəticələrin sıralanmasından başlayın, tədqiqatın üstünlükləri və məhdudiyyətini göstərin. İşin bu sahədə artıq olan biliklərə nə kimi töhfələr verə biləcəyini təsvir edin. Aldığınız nəticələrin anoloji tədqiqatların nəticələrinə uyğun olub-olmadığı haqqında nəticə çıxarın. Tədqiqatın məhdudiyyətlərini təhlil edin – bu tədqiqatın məhdudiyyətləri necə aradan qaldırıla bilər.
Nəticə.
Təşəkkür.
Ayrı-ayrı şəxslərin mühüm töhfəsi “Təşəkkür” bölməsində maraqların toqquşması barəsində məlumatdan əvvəl qeyd edilməlidir.
Maraqların toqquşması.
Dərc edilməsi üçün məqaləni təqdim edən zaman bütün müəlliflər maraqların toqquşması barəsində bütün mümkün hallar haqqında, o cümlədən işin maliyyələşdirilməsi ilə bağlı istənilən mərhələdə məlumat verməlidir. Ətraflı məlumatla “Resenziya olunan tibbi nəşrlərdə elmi işlərin dərc edilməsi, hazırlanması, təqdim edilməsi və redaktə edilməsinə dair İCMJE tövsiyələri” ilə “Müəllifə tövsiyələr” bölməsində tanış ola bilərsiniz.
Şəkillər və cədvəllər.
Redaksiya qrafiklərin, şəkil və cədvəllərin dizaynını jurnalın standartına uyğunlaşdırmaq məqsədi ilə dəyişə, o cümlədən təqdim edilmiş məlumatın məzmununu dəyişmədən ədəbi düzəliş etmək hüququna malikdir. Cədvəllərdə qısa, zəruri məlumat əks olunmalıdır. Cədvəldə göstərilmiş məlumatlar, mətndə göstərilmiş məlumatlara tam uyğun olmalıdır. Şəkil formatında cədvəllərin təqdim edilməsi yol verilməzdir. Şəkillər nömrələnməli, adlandırılmalı, cədvəldə göstərilmiş materialın təkrarı olmamlıdır.
Ədəbiyyat siyahısı.
Ədəbiyyat siyahısı icbari qaydada yoxlanılır. Redaktə emalının müddətini ixtisar etmək məqsədi ilə (mənbəyə eyniləşdirilməyən istinad olmadığı halda, məqalə tamamlama işlərinin aparılması üçün müəllifə göndəriləcək), ədəbiyyat siyahısını tərtib edərkən aşağıdakı qaydalara riayət etmək tövsiyə olunur:
- mümkün qədər nəşriyyat tərəfindən verilən istinad formatıdan istifadə edin (“sitat gətirmək/for citation” üçün işarə );
- ədəbiyyat siyahısı sitat gətirmə qaydasında formalaşdırılır
- sistat gətirdiyiniz mənbənin DOI, olmadıqda – ISSN (ISBN) / PMID (PMCID) mütləq qeyd edin. Hamı tərəfindən qəbul edilmiş identifikasiya indeksi olmayan hər hansı əsas ilə istinad etməyə ehtiyac yarandığı halda, qoşmə məktubda onun sitatlar siyahısına daxil edilməsinin əsaslandırılması ilə şərh yazmaq lazımdır.
Altı müəllifin adını qeyd etmək kifayətdir, bundan sonra yerli mənbələr üçün “və s.”, xarici mənbələr üçün “et al” qeyd etmək lazımdır. Jurnaldakı məqalələrin çıxış məlumatları aşağıda göstərildiyi kimi qeyd edilir: soyad, inisial, məqalənin adı, mənbənin adı, il, cild, nömrə, səhifələr (əvvəldən axıradək). Məcmuadan olan məqalənin çıxış məlumatları təsvir edildiyi halda, müəlliflərin soyad və inisialları, məqalənin adı, məcmuanın adı, nəşriyyat, nəşr olunduğu il, səhifələr qeyd edilir.
Məsələn:
- Мареев В. Ю., Агеев Ф. Т., Арутюнов Г. П., Коротеев А. В., Мареев Ю. В., Овчинников А. Г. Национальные рекомендации ОССН, РКО и РНМОТ по диагностике и лечению ХСН (четвертый пересмотр). Журнал Сердечная Недостаточность. 2013;14 (7):379–472. ISSN 1728-4651.
- Blauwet LA, Libhaber E, Forster O, Tibazarwa K, Mebazaa A, Hilfiker-Kleiner D, Sliwa K. Predictors of outcome in 176 South African patients with peripartum cardiomyopathy. Heart. 2013 Mar;99(5):308-13. DOI: 10.1136/heartjnl-2012-302760.
DİQQƏT! Dissertasiya, konfrans və simpozium materiallarına istinadlar qəbul edilmir. O cümlədən internetdən götürülmüş materiallara da hər hansı istinad qəbul edilmir.
Qəbul edilmiş təcrübəyə müvafiq olaraq redaksiya aşağıdakı qaydalara riayət etməyi tövsiyə edir:
- Öz işlərinə istinad ədəbiyyat siyahısının 10% çox hissəni təşkil etməməlidir.
- Tədqiqatınız aid olan sahənin əsas işlərini göstərin.
- Daha aktual və müasir məlumatlardan istifadə edin.
Cədvəl və şəkil formasında ədəbiyyat istinadları yolverilməzdir. Zərurət
yarandıqda, mənbə cədvələ olan istinaddan sonra və ya mətndə şəkil göstərilir.
Nümunə: Cədvəl 3 [27] və ya (cədvəl 3 [27])
DOI – Digital Object Identifier, Rəqəmsal obyekt eyniləşdiricisi və ya Obyektin rəqəmsal eyniləşdiricisi, əqli mülkiyyət obyekti haqqında şəbəkədə göstərilmiş məlumatın göstərilməsi standartı. Sitat gətirdiyiniz məqalələrin, hətta çap olunmuş versiyaya istinad etdiyiniz halda, DOİ-nin göstərilməsi arzuolunandır. Məqalələrin DOI bu linkə keçərək tapa bilərsiniz.
Əlavə məlumat.
Əlyazmanın tam mətninə daxil edilməsi üçün yetərincə vacib hesab olunmayan, lakin oxucu üçün faydalı ola biləcək ikincidərəcəli materiallar nəşriyyat tərəfindən onlayn-əlyazmaya istinad göstərməklə saytda dərc edilə bilər. Material məqalənin nəticələrinin başa düşülməsi üçün çox da vacib olmamalıdr, lakin onda məqalənin məzmununa dair vacib məlumatlar əks olunmalıdır. Belə məlumata metodların daha ətraflı təsviri, verilənlərin geniş topluları/verilənlərin təfsilatlı təhlili, əlavə rəqəmsal verilənlər kimi tədqiqatçıların siyahısı daxil edilə bilər. Əlavə kimi qiymətləndirilən bütün materiallar, mütəxəssis rəyi üçün əsas əlyazma ilə birlikdə təqdim edilməlidir. Sənəd dərc edilmək üçün qəbul edildikdən sonra, məlumatları dəyişmək və ya əvəz etmək olmaz. İşi təqdim edərkən əlavə məlumat qismində istifadə olunan materialı aydın şəkildə qeyd etməyiniz xahiş olunur. Bundan əlavə, zərurət yarandıqda, əlavə məlumatların əsas əlyazmada qeyd olunduğuna əmin olun.
Məqalələrin hazırlanması
Məqalənin təqdim edilməsi üçün müəlliflər aşağıdakı bəndləri təsdiq etməlidir. Əlyazma bu bəndlərə uyğun olmadığı halda, müəlliflərə geri qaytarılacaq.
- Bu məqalə əvvəllər dərc edilməmişdir, o cümlədən qiymətləndirilməsi və dərc edilməsi üçün başqa jurnala təqdim edilməmişdir (və ya bunun izahı Redaktor üçün şərhlərdə verilmişdir).
- Göndərilən məqalənin faylı OpenOffice, Microsoft Word, RTF və ya WordPerfect sənəd formatında olmalıdır.
- Mümkün olan yerlərdə istinadların tam internet-ünvanları (URL) göstərilməlidir.
- Mətn sətirlərarası 1.5 interval; şrift keqli 14 nöqtə; sözlərin seçilməsi üçün altdan xətt deyil (internet-ünvanların qeyd edilməsi istisnadır) kursiv şrift istifadə olunur; bütün şəkil, cədvəl və qrafiklər mətnin sonunda deyil, müvafiq yerlərdə yerləşir.
- Mətn “Jurnal haqqında” səhifəsində olan Müəlliflər üçün təlimatda təsvir edilmiş stilistik və biblioqrafik tələblərə uyğundur.
- Məqaləni jurnalın resenziya olunan bölməsinə göndərdiyiniz halda, sənədin Anonim resenziya vermə tələbləri yerinə yetirilir.
Müəlliflik hüquqları
Bu jurnalda məqalələrini dərc etdirən müəlliflər aşağdakılara dair razılıq veririr:
- Müəlliflər işə dair müəlliflik hüququnu özündə saxlayır və məqalənin ilk dəfə bu jurnalda dərc edildiyinin mütləq qeyd edilməsi şərti ilə başqalarına bu nəşri yaymağa imkan verən Creative Commons Attribution License lisenziyası əsasında ilk dərc etmə hüququnu jurnala təqdim edir.
- Müəlliflər iş verisyasının burada dərc olunmuş halda ekslklüziv olmayan yayılmasına dair (məsələn, onun institut arxivində saxlanması, kitabda dərc edilməsi), bu jurnalda ilk dəfə dərc edildiyinə istinad etməklə ayrı-ayrı müqavilə razılaşmaları bağlamaq hüququnu özündə saxlayır.
- Müəlliflər öz işlərini İnternet şəbəkəsində (məsələn, institut arxivi və ya şəxsi saytda) ona bu jurnal tərəfindən qiymət verildikdən əvvəl və qiymət verilən zaman yerləşdirmək hüququna malikdir, bu məhsuldar müzakirə və bu işə dair çoxsaylı istinadların göstərilməsinə səbəb ola bilər (bax The Effect of Open Access)
Məxfilik
Bu jurnalın saytında göstərilmiş ad və elektron poçt ünvanları yalnız bu jurnalın məqsədlərində istifadə olunacaq, hər-hansı digər məqsəd üçün istifadə edilməyəcək və ya digər şəxs və təşkilatlara verilməyəcək.