ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • Menu Canvas
    • AÜDCC
      • Missiya və Hədəflər
    • YENİLİKLƏR
    • ÜZVLÜK
    • İŞÇİ QRUPLAR
    • JURNAL
    • ƏLAQƏ

ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • AÜDCC
    • Missiya və Hədəflər
    • İdarə heyəti
  • YENİLİKLƏR
  • ÜZVLÜK
  • İŞÇİ QRUPLAR
    • Siyahısı
    • Əsasnaməsi (LAYİHƏ)
  • JURNAL
  • BİZİMLƏ ƏLAQƏ

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin illik fəaliyyət istiqamətləri müzakirə edilib

Homepage Xəbərlər Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin illik fəaliyyət istiqamətləri müzakirə edilib
Xəbərlər, YENİLİKLƏR

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin illik fəaliyyət istiqamətləri müzakirə edilib

March 14, 2022
By Mayıs Musayev
0 Comment
4628 Views

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti İdarə heyətinin genişləndirilmiş toplantısı keçirilib. Toplantıda İdarə heyətinin üzvləri ilə yanaşı, Cəmiyyətin işçi qruplarının rəhbərləri, ölkəmizdə ürək və damar cərrahiyyəsinin mövcud olduğu aparıcı tibb müəssisələrinin məsul şəxsləri də iştirak edib.

Toplantıda əvvəlcə AÜDCC-nin baş katibi Dr. Ramil Əliyev tərəfindən ötən dövr ərzində Cəmiyyətin fəaliyyətinə dair hesabat təqdim edilib. Bildirilib ki, Cəmiyyət həyata keçirdiyi yerli və beynəlxalq tədbirlərlə ölkəmizdə ürək və damar cərrahiyyəsinin inkişafına öz töhfələrini verib. 2004-cü ildə rəsmi qeydiyyatdan keçərək fəaliyyətə başlayan AÜDCC bu günə qədər 10-larla yerli və beynəlxalq səviyyəli elmi-praktiki konfranslar, xeyriyyə aksiyaları təşkil edib, ürək və damar xəstəliklərindən qorunma, eləcə də bu xəstəliklərin müalicəsi üçün faydalı olan maarifləndirici broşürlər hazırlayıb. Cəmiyyət eyni zamanda, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Dünyanın ən böyük ürək-damar cərrahları şəbəkəsi olan “CTSnet” platformasında, həmçinin Dünya Ürək Federasiyasında tam hüquqlu üzv kimi ölkəmizi təmsil edir. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti üzvlərinin elmi fəaliyyətini dəstəkləmək, onlara yeni imkanlar təqdim etmək məqsədilə “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” adlı elmi jurnalın da nəşrinə başlayıb. Jurnal Azərbaycan Respublikası Prezideninin yanında Ali Attestasiya Komissiyası tərəfindən tibb və əczaçılıq elmləri üzrə məqalə dərc olunması tövsiyə olunan elmi nəşrlərin siyahısına daxil edilib. Həmçinin, indeksləşdirilmiş beynəlxalq şəbəkələrə (ULAKBİM, SCOPUS, Web of Science) üzvlük üçün təşkilati işlərə başlanılıb.

AÜDCC İdarə heyətinin sədri, prof. Dr. Kamran Musayev keçirilən tədbirin əhəmiyyətini qeyd edərək, ölkəmizdə səhiyyə sisteminin inkişafı üçün dövlətimiz tərəfindən aparılan ardıcıl və sistemli işlərə Cəmiyyət olaraq töhfə vermək istəyində olduqlarını bildirib. Prof. Dr. Kamran Musayev ürək və damar cərrahlarının həm fərdi olaraq, həm də Cəmiyyət daxilindəki fəaliyyətlərində həyata keçirilən dövlət səhiyyə siyasətinin yeni çağırışlarına müvafiq dəstək göstərmələrinin vacibliyini vurğulayıb. 

Hesabat dinlənildikdən sonra Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin növbəti il üçün fəaliyyət planı müzakirə edilib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən müzakirələrdə Cəmiyyətin qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.


Previous Story
10-cu Münhen Damar Konfransı
Next Story
“A-dan Z-yə Aorta” beynəlxalq konfransı

Leave your comment Cancel Reply

(will not be shared)

Sonuncu məqalələr

  • Mitral Qapaq İşçi Qrupunun toplantısı keçirilib Monday, 28, Nov
  • “Dünya Ürək Günü” silsilə tədbirlərlə qeyd olunub Sunday, 2, Oct
  • Ürək-Damar Xəstəlikləri Beynəlxalq Konqresi keçiriləcək Tuesday, 13, Sep
  • “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayı dərc olunub Tuesday, 13, Sep
  • “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayları dərc olunub Thursday, 9, Jun
  • “A-dan Z-yə Aorta” beynəlxalq konfransı Thursday, 24, Mar
  • Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin illik fəaliyyət istiqamətləri müzakirə edilib Monday, 14, Mar
  • 10-cu Münhen Damar Konfransı Friday, 26, Nov
  • “Kardiologiya və Kardiocərrahiyyədə yeniliklər” Beynəlxalq Konqresi Tuesday, 2, Nov
  • “Dünya Ürək Günü”nə həsr olunan elmi toplantı keçirilib Thursday, 30, Sep

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti

Ünvan: AZ1006, Parlament prospekti 76, Azərbaycan, Bakı

Əlaqə vasitələri:

+994 12 492 10 92
+994 50 309 19 00

E-mail: info@audcc.org.az

 

Bizi sosialda izlə

Copyright ©2022 All Rights Reserved
SearchPostsLogin
Monday, 28, Nov
Mitral Qapaq İşçi Qrupunun toplantısı keçirilib
Sunday, 2, Oct
“Dünya Ürək Günü” silsilə tədbirlərlə qeyd olunub
Tuesday, 13, Sep
Ürək-Damar Xəstəlikləri Beynəlxalq Konqresi keçiriləcək
Tuesday, 13, Sep
“Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayı dərc olunub
Thursday, 9, Jun
“Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayları dərc olunub
Thursday, 24, Mar
“A-dan Z-yə Aorta” beynəlxalq konfransı

Welcome back,