ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • Menu Canvas
    • AÜDCC
      • Missiya və Hədəflər
    • YENİLİKLƏR
    • ÜZVLÜK
    • İŞÇİ QRUPLAR
    • JURNAL
    • ƏLAQƏ

ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • AÜDCC
    • Missiya və Hədəflər
    • İdarə heyəti
  • YENİLİKLƏR
  • ÜZVLÜK
  • İŞÇİ QRUPLAR
    • Siyahısı
    • Əsasnaməsi (LAYİHƏ)
  • JURNAL
  • BİZİMLƏ ƏLAQƏ

“Dünya Ürək Günü”nə həsr olunmuş “Mən ürəklə işləyirəm” adlı beynəlxalq elmi konfrans keçirilmişdir

Homepage Xəbərlər “Dünya Ürək Günü”nə həsr olunmuş “Mən ürəklə işləyirəm” adlı beynəlxalq elmi konfrans keçirilmişdir
Xəbərlər

“Dünya Ürək Günü”nə həsr olunmuş “Mən ürəklə işləyirəm” adlı beynəlxalq elmi konfrans keçirilmişdir

September 26, 2010
By sbalazadeh
0 Comment
393 Views

Sentyabrın 25-də Bakıda “Dünya Ürək Günü”nə həsr olunmuş “Mən ürəklə işləyirəm” adlı beynəlxalq elmi konfrans keçirilmişdir.

Konfransda azərbaycanlı kardioloqlarla yanaşı, Türkiyə, İran, Rusiyadan mütəxəssislər iştirak etmişlər.
Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirmişdir ki, ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində, səhiyyənin inkişafı istiqamətində bir sıra islahatlar aparılmışdır.
Dövlət tərəfindən səhiyyəyə göstərilən diqqət və qayğının artırılması tibbin müasir dövrlə ayaqlaşan və tərəqqi edən bir sahəyə çevirməkdədir. Belə ki, artıq nəinki paytaxtda, eyni zamanda, regionlarda müasir tibb ocaqları tikilmiş, yenidən bərpa edilmiş, ən müasir avadanlıqla təmin olunmuşdur.
Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev bildirmişdir ki, artıq 10 ildir ki, Dünya Ürək Federasiyası tərəfindən “Dünya Ürək Günü” müxtəlif ölkələrdə qeyd olunur. Bu çox sevindirici bir haldır ki, artıq bizim ölkədə də ilk dəfə olaraq əlamətdar gün belə geniş qeyd olunur. Bu Azərbaycanın səhiyyə sahəsində qazandığı nailiyyətlərdən xəbər verir.
Kardioloq bildirmişdir ki, tədbirin məqsədi ictimai diqqəti ürək-damar xəstəliklərinin təhlükəsinə yönəltmək, cəmiyyəti maarifləndirməkdir.
Milli Məclisin deputatı Qənirə Paşayeva vurğulamışdır ki, ürək-damar xəstəlikləri artıq dünyada əsas ölüm səbəblərindən sayılır. Bu xəstəliyin qarşısını almaq üçün öncə səbəblər araşdırılmalıdır. Çünki səbəbin aradan qaldırılması xəstəliyin yayılmasının qarşısının alınması üçün daha effektiv üsuldur. Deputat insanların bu sahədə maarifləndirilməsinin vacibliyini qeyd etmişdir.
Tədbirdə “Böyüklərdə ürək-damar cərrahiyyəsinin müasir aspektləri”, “Transkateter aort qapaq implantasiyası”, “Anadangəlmə ürək qüsurlarının etiopatogenezi və erkən diaqnostikası”, “Ürək çatışmazlığının müasir müalicə metodları” və digər mövzularda məruzələr dinlənilmişdir.


Previous Story
2 nömrəli uşaq evinin sakinləri kardioloji müayinədən keçirilmişdir
Next Story
Dünya Ürək Günü ilə bağlı həyata keçirilən tədbirlər

Sonuncu məqalələr

  • “Covid-19 zamanı ECMO tətbiqi” mövzusunda vebinar Wednesday, 23, Dec
  • Türkiyə Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin 16-cı Milli Konqresi Wednesday, 14, Oct
  • Maastricht Mitral Masters: canlı əməliyyatla veb seminar Thursday, 10, Sep
  • Yeni doğulmuş körpədə mürəkkəb ürək qüsuru uğurla aradan qaldırıldı Thursday, 27, Aug
  • “COVID-19 İNFEKSİYASI VƏ ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİ” mövzusunda VEBİNAR Wednesday, 22, Apr
  • “Ürək və Damar Cərrahiyyəsi” elmi-praktik jurnalının təqdimatı olub Saturday, 29, Feb
  • Azərbaycanda Dünya Ürək Günü qeyd edilib Sunday, 29, Sep
  • Ürəyinizin qəhrəmanı olun! Sunday, 29, Sep
  • 18-ci Cərrahiyyə və Hepatoqastroenterologiya Beynəlxalq Konqresi Saturday, 7, Sep
  • “Bakı Ürək Günləri” 6-cı Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub Saturday, 8, Jun

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti

Ünvan: AZ1006, Parlament prospekti 76, Azərbaycan, Bakı

Əlaqə vasitələri:

+994 12 492 10 92
+994 50 309 19 00

E-mail: info@audcc.org.az

 

Bizi sosialda izlə

Copyright ©2020 All Rights Reserved
SearchPostsLogin
Wednesday, 23, Dec
“Covid-19 zamanı ECMO tətbiqi” mövzusunda vebinar
Wednesday, 14, Oct
Türkiyə Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin 16-cı Milli Konqresi
Thursday, 10, Sep
Maastricht Mitral Masters: canlı əməliyyatla veb seminar
Thursday, 27, Aug
Yeni doğulmuş körpədə mürəkkəb ürək qüsuru uğurla aradan qaldırıldı
Wednesday, 22, Apr
“COVID-19 İNFEKSİYASI VƏ ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİ” mövzusunda VEBİNAR
Saturday, 29, Feb
“Ürək və Damar Cərrahiyyəsi” elmi-praktik jurnalının təqdimatı olub

Welcome back,