ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • Menu Canvas
    • AÜDCC
      • Missiya və Hədəflər
    • YENİLİKLƏR
    • ÜZVLÜK
    • İŞÇİ QRUPLAR
    • JURNAL
    • ƏLAQƏ

ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • AÜDCC
    • Missiya və Hədəflər
    • İdarə heyəti
  • YENİLİKLƏR
  • ÜZVLÜK
  • İŞÇİ QRUPLAR
    • Siyahısı
    • Əsasnaməsi (LAYİHƏ)
  • JURNAL
  • BİZİMLƏ ƏLAQƏ

Dünya Ürək Günü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib

Homepage Xəbərlər Dünya Ürək Günü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib
Xəbərlər

Dünya Ürək Günü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib

September 25, 2018
By sbalazadeh
0 Comment
786 Views

29 sentyabr – Dünya Ürək Günüdür. Dünya Ürək Federasiyasının təşəbbüsü ilə hər ilin bu günündə müxtəlif aksiyalar, tədbirlər həyata keçirilir.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti hər il olduğu kimi bu il də silsilə tədbirlərlə Dünya Ürək Gününü qeyd edir.

Bu gün Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvü olan bir qrup həkim və tibb bacısı tərəfindən Şağan qəsəbəsində yerləşən 3 saylı əqli və fiziki qüsurlu uşaqlar üçün internat evində məskunlaşmış uşaqların pediatrik və kardioloji müayinəsi həyata keçirilib. Müayinədən sonra müalicə kursu təyin olunub.

Mərkəzi Klinikanın həkim briqadasının təyin etdiyi müalicə kursuna uyğun olaraq KRKA Şirkəti onları lazımi dərman preparatları ilə təmin edib.

AÜDCC sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru, professor Kamran Musayev bildirib ki, mütəmadi olaraq bu cür xeyriyyə aksiyalarını təşkil edilir:

“Gələcəyimiz olan uşaqların sağlam böyüməsi üçün fəaliyyət göstərmək bizim hər birimizin borcudur. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti olaraq biz hər il qocalar evinə və uşaq evlərinə bu cür ziyarətlər həyata keçiririk. 29 sentyabrda bütün dünyada qeyd edilən Dünya Ürək Gününü biz də ənənəvi olaraq qeyd edirik. Bu ilki tədbirlərimiz ilk olaraq Şağan qəsəbəsindəki uşaq evi ilə başladı. Burada məskunlaşmış 170-dən artıq uşaq Xəstəxanamızın həkim briqadası tərəfindən müayinədən keçirildi, onlara uyğun müalicə kursu yazıldı.”

Bu cür aksiyaların bundan sonra da davam etdiriləcəyini bildirən Dr. Kamran Musayev əsas məqsədin müayinə və müalicəyə ehtiyacı olan insanlara yardım etmək olduğunu deyib.

Məlumat üçün bildirək ki, Dünya Ürək Günü ilə əlaqədar növbəti aksiya sentyabrın 28-də Gənclik Mall ticarət mərkəzində baş tutacaq. Daha çox insanın Dünya Ürək Günü ilə bağlı məlumatlandırılması məqsədilə keçiriləcək aksiya zamanı Mərkəzi Klinik Xəstəxananın həkim briqadası tərəfindən ödənişsiz əsaslarla insanların qan təzyiqi, qanda şəkərin, xolestrolun miqdarı ölçüləcək, ürək-damar xəstəliklərindən qorunmağın yolları haqqında məsləhətlər veriləcək.

Sentyabrın 27-də isə Hyatt Regency otelində KRKA Şirkətinin dəstəyi ilə ürək-damar cərrahları, rezidentlər və gənc həkimlər üçün Dünya Ürək Gününə həsr olunmuş elmi-praktiki seminar təşkil olunacaq.

 


Previous Story
Dünya Ürək Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq
Next Story
“Ürəyin üçün söz ver!” mövzusunda elmi-praktiki seminar keçirilib

Leave your comment Cancel Reply

(will not be shared)

Sonuncu məqalələr

  • “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayları dərc olunub Thursday, 9, Jun
  • “A-dan Z-yə Aorta” beynəlxalq konfransı Thursday, 24, Mar
  • Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin illik fəaliyyət istiqamətləri müzakirə edilib Monday, 14, Mar
  • 10-cu Münhen Damar Konfransı Friday, 26, Nov
  • “Kardiologiya və Kardiocərrahiyyədə yeniliklər” Beynəlxalq Konqresi Tuesday, 2, Nov
  • “Dünya Ürək Günü”nə həsr olunan elmi toplantı keçirilib Thursday, 30, Sep
  • “Dünya Ürək Günü”nə həsr olunan aksiya keçirilib Saturday, 25, Sep
  • “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının 2-ci sayı nəşr olunub Friday, 28, May
  • “Bakı Ürək Günləri” 7-ci Beynəlxalq Konqresi keçirilib Monday, 24, May
  • Qeydiyyat / “Bakı Ürək Günləri” 7-ci Beynəlxalq Konqresi Friday, 30, Apr

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti

Ünvan: AZ1006, Parlament prospekti 76, Azərbaycan, Bakı

Əlaqə vasitələri:

+994 12 492 10 92
+994 50 309 19 00

E-mail: info@audcc.org.az

 

Bizi sosialda izlə

Copyright ©2020 All Rights Reserved
SearchPostsLogin
Thursday, 9, Jun
“Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayları dərc olunub
Thursday, 24, Mar
“A-dan Z-yə Aorta” beynəlxalq konfransı
Monday, 14, Mar
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin illik fəaliyyət istiqamətləri müzakirə edilib
Friday, 26, Nov
10-cu Münhen Damar Konfransı
Tuesday, 2, Nov
“Kardiologiya və Kardiocərrahiyyədə yeniliklər” Beynəlxalq Konqresi
Thursday, 30, Sep
“Dünya Ürək Günü”nə həsr olunan elmi toplantı keçirilib

Welcome back,