ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • Menu Canvas
    • AÜDCC
      • Missiya və Hədəflər
    • YENİLİKLƏR
    • ÜZVLÜK
    • İŞÇİ QRUPLAR
    • JURNAL
    • ƏLAQƏ

ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • AÜDCC
    • Missiya və Hədəflər
    • İdarə heyəti
  • YENİLİKLƏR
  • ÜZVLÜK
  • İŞÇİ QRUPLAR
    • Siyahısı
    • Əsasnaməsi (LAYİHƏ)
  • JURNAL
  • BİZİMLƏ ƏLAQƏ

Dünya Ürək Günü ilə əlaqədar növbəti xeyriyyə aksiyası keçirilib

Homepage Xəbərlər Dünya Ürək Günü ilə əlaqədar növbəti xeyriyyə aksiyası keçirilib
Xəbərlər

Dünya Ürək Günü ilə əlaqədar növbəti xeyriyyə aksiyası keçirilib

September 28, 2017
By sbalazadeh
0 Comment
769 Views

29 sentyabr – Dünya Ürək Günüdür. Dünya Ürək Federasiyasının təşəbbüsü ilə hər ilin bu günündə müxtəlif aksiyalar, tədbirlər həyata keçirilir.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti hər il olduğu kimi bu il də xeyriyyə aksiyası keçirməklə Dünya Ürək Gününü qeyd edib.

Belə ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvü olan bir qrup həkim və tibb bacısı tərəfindən Şağan qəsəbəsində yerləşən 1 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində və Binə qəsəbəsində yerləşən “Ümid Yeri” Uşaq Sığınacağında məskunlaşmış uşaqların pediatrik və kardioloji müayinəsi həyata keçirilib. Müayinədən sonra müalicə kursu təyin olunub.

Mərkəzi Klinikanın həkim briqadasının təyin etdiyi müalicə kursuna uyğun olaraq KRKA Şirkəti onları lazımi dərman preparatları ilə təmin edib.

AÜDCC sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev bildirdi ki, həkim və tibb bacısı heyəti ilə mütəmadi olaraq qocalar evinə və uşaq evlərinə bu cür ziyarətlər həyata keçirilir:

“Məqsəd artıq silsilə halını almış aksiyalarımızı Dünya Ürək Günü ərəfəsində də davam etdirmək, eyni zamanda müayinə və müalicəyə ehtiyacı olan insanlarımıza yardım etməkdir. Bu dəfə əvvəlcə Şağan qəsəbəsində yerləşən internat evini, ardınca “Ümid Yeri” Uşaq Sığınacağını ziyarət etdik. İnternat evində məskunlaşmış 179 uşaq və yeniyetmə, “Ümid Yeri”ndə isə 45 uşaq müayinə edildi, müalicələrinə lazımi köməklik göstərildi. Bundan sonra da bu cür aksiyaları davam etdirəcəyik.”


Previous Story
Azərbaycanda ilk dəfə qan dövranı dayandırılmaqla ağciyər damarlarında unikal əməliyyat həyata keçirilib
Next Story
“Ürəyin cərrahi anatomiyası” mövzusunda elmi-praktiki seminar keçirilib

Leave your comment Cancel Reply

(will not be shared)

Sonuncu məqalələr

  • “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayları dərc olunub Thursday, 9, Jun
  • “A-dan Z-yə Aorta” beynəlxalq konfransı Thursday, 24, Mar
  • Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin illik fəaliyyət istiqamətləri müzakirə edilib Monday, 14, Mar
  • 10-cu Münhen Damar Konfransı Friday, 26, Nov
  • “Kardiologiya və Kardiocərrahiyyədə yeniliklər” Beynəlxalq Konqresi Tuesday, 2, Nov
  • “Dünya Ürək Günü”nə həsr olunan elmi toplantı keçirilib Thursday, 30, Sep
  • “Dünya Ürək Günü”nə həsr olunan aksiya keçirilib Saturday, 25, Sep
  • “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının 2-ci sayı nəşr olunub Friday, 28, May
  • “Bakı Ürək Günləri” 7-ci Beynəlxalq Konqresi keçirilib Monday, 24, May
  • Qeydiyyat / “Bakı Ürək Günləri” 7-ci Beynəlxalq Konqresi Friday, 30, Apr

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti

Ünvan: AZ1006, Parlament prospekti 76, Azərbaycan, Bakı

Əlaqə vasitələri:

+994 12 492 10 92
+994 50 309 19 00

E-mail: info@audcc.org.az

 

Bizi sosialda izlə

Copyright ©2020 All Rights Reserved
SearchPostsLogin
Thursday, 9, Jun
“Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayları dərc olunub
Thursday, 24, Mar
“A-dan Z-yə Aorta” beynəlxalq konfransı
Monday, 14, Mar
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin illik fəaliyyət istiqamətləri müzakirə edilib
Friday, 26, Nov
10-cu Münhen Damar Konfransı
Tuesday, 2, Nov
“Kardiologiya və Kardiocərrahiyyədə yeniliklər” Beynəlxalq Konqresi
Thursday, 30, Sep
“Dünya Ürək Günü”nə həsr olunan elmi toplantı keçirilib

Welcome back,