ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • Menu Canvas
    • AÜDCC
      • Missiya və Hədəflər
    • YENİLİKLƏR
    • ÜZVLÜK
    • İŞÇİ QRUPLAR
    • JURNAL
    • ƏLAQƏ

ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • AÜDCC
    • Missiya və Hədəflər
    • İdarə heyəti
  • YENİLİKLƏR
  • ÜZVLÜK
  • İŞÇİ QRUPLAR
    • Siyahısı
    • Əsasnaməsi (LAYİHƏ)
  • JURNAL
  • BİZİMLƏ ƏLAQƏ

“Bakı ürək günləri” beynəlxalq konqresi keçirilmişdir

Homepage Xəbərlər “Bakı ürək günləri” beynəlxalq konqresi keçirilmişdir
Xəbərlər

“Bakı ürək günləri” beynəlxalq konqresi keçirilmişdir

May 12, 2009
By sbalazadeh
0 Comment
1016 Views

Mayın 9-12-də Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş “Bakı ürək günləri” beynəlxalq konqresi keçirilmişdir.

Mayın 9-12-də Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş “Bakı ürək günləri” beynəlxalq konqresi keçirilmişdir.
Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev ölkəmizdə hər sahədə olduğu kimi, səhiyyə sahəsində də aparılan islahatlardan və inkişafdan söhbət açmışdır. Bildirmişdir ki, Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzindədir. Son illər iqtisadiyyatın yüksək inkişafı səhiyyə sahəsinə də öz təsirini göstərmiş və bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Belə ki, paytaxtda və regionlarda beynəlxalq standartlara cavab verən yeni tibb müəssisələri, müalicə diaqnostika mərkəzləri istifadəyə verilmiş, onlar müasir avadanlıqla təmin olunmuşdur.
Nazir müavini Heydər Əliyev Fondunun səhiyyə sahəsində həyata keçirdiyi layihələri xüsusi vurğulamış, Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin əhəmiyyətindən danışmışdır.
Akademik Cəmil Əliyev konqresin ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışaraq bildirmişdir ki, konqres ölkələr arasında əməkdaşlığa və Azərbaycanda kardiologiyanın inkişafına sanballı töhfə verəcəkdir.
Cəmiyyətin sədri, tibb elmləri namizədi Kamran Musayev məlumat vermişdir ki, konqresdə dünyanın 15 ölkəsindən 70-ə yaxın mütəxəssis iştirak edir. O bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş strateji xətt sayəsində son illərdə Azərbaycanda təbabətin başqa sahələri kimi kardiologiya da intensiv inkişaf edir. Müasir Azərbaycan səhiyyəsinin uğurları ulu öndərin uzaqgörən strategiyasının nəticəsidir. Məhz onun təşəbbüsü ilə ölkəmizdə beynəlxalq standartlara cavab verən diaqnostika və müalicə-kardioloji mərkəzlər yaradılmışdır. Bu siyasət ümummilli liderimizin siyasi xəttinin layiqli davamıçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Konqresdə kardiologiya və ürək cərrahiyyəsinin aktual problemləri, bu sahədə ən son nailiyyətlər, müasir texnologiyaların tətbiqi və digər mövzular müzakirə olunmuşdur.
Tədbirdə “Qapaq qoruyucu aort kökü rekonstruksiyaları: metodlar və nəticələr”, “İnfektiv endokarditlərin müalicəsində müasir baxışlar”, “Koronar arteriya cərrahiyyəsində ən son yeniliklər” və digər mövzularda məruzələr dinlənilmişdir.


Previous Story
Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti Bakıda “Bakı ürək günləri” mövzusunda beynəlxalq konqres keçirəcəkdir
Next Story
“Bakı Ürək Günləri” Beynəlxalq Konqresi / 09-10.05.2009

Leave your comment Cancel Reply

(will not be shared)

Sonuncu məqalələr

  • Mitral Qapaq İşçi Qrupunun toplantısı keçirilib Monday, 28, Nov
  • “Dünya Ürək Günü” silsilə tədbirlərlə qeyd olunub Sunday, 2, Oct
  • Ürək-Damar Xəstəlikləri Beynəlxalq Konqresi keçiriləcək Tuesday, 13, Sep
  • “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayı dərc olunub Tuesday, 13, Sep
  • “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayları dərc olunub Thursday, 9, Jun
  • “A-dan Z-yə Aorta” beynəlxalq konfransı Thursday, 24, Mar
  • Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin illik fəaliyyət istiqamətləri müzakirə edilib Monday, 14, Mar
  • 10-cu Münhen Damar Konfransı Friday, 26, Nov
  • “Kardiologiya və Kardiocərrahiyyədə yeniliklər” Beynəlxalq Konqresi Tuesday, 2, Nov
  • “Dünya Ürək Günü”nə həsr olunan elmi toplantı keçirilib Thursday, 30, Sep

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti

Ünvan: AZ1006, Parlament prospekti 76, Azərbaycan, Bakı

Əlaqə vasitələri:

+994 12 492 10 92
+994 50 309 19 00

E-mail: info@audcc.org.az

 

Bizi sosialda izlə

Copyright ©2022 All Rights Reserved
SearchPostsLogin
Monday, 28, Nov
Mitral Qapaq İşçi Qrupunun toplantısı keçirilib
Sunday, 2, Oct
“Dünya Ürək Günü” silsilə tədbirlərlə qeyd olunub
Tuesday, 13, Sep
Ürək-Damar Xəstəlikləri Beynəlxalq Konqresi keçiriləcək
Tuesday, 13, Sep
“Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayı dərc olunub
Thursday, 9, Jun
“Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayları dərc olunub
Thursday, 24, Mar
“A-dan Z-yə Aorta” beynəlxalq konfransı

Welcome back,