“Bakı Ürək Günləri” 7-ci Beynəlxalq Konqresi keçiriləcək
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 22-23 may 2021-ci il tarixlərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” 7-ci Beynəlxalq Konqresini təşkil edəcək. Bütün dünyada mövcud olan COVID-19 pandemiyası səbəbindən Konqres onlayn formatda keçiriləcək.
Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. 20-ə yaxın ölkədən kardioloq və kardiocərrahın mühazirəçi kimi iştirak edəcəyi “Bakı Ürək Günləri” 7-ci Beynəlxalq Konqresində ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər, o cümlədən COVID-19 pandemiyasının ürək xəstəliklərinə təsiri və dünyanın aparıcı ölkələrində müalicəsinin təşkili müzakirə ediləcək.
Kardiologiya və ürək-damar cərrahiyyəsi mütəxəssislərinin, həmçinin bu sahəylə əlaqədar olan digər mütəxəssislərin Konqresə izləyici kimi qatılmalarının tam sərbəst olduğunu deyən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Prof. Kamran Musayev Dünya Uşaq Kardiologiyası və Ürək Cərrahiyyəsi Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində anadangəlmə ürək qüsurlarının Konqresdə ayrıca bir sessiyada müzakirə ediləcəyini bildirib.
O bildirib ki, əvvəlki Konqreslərdən fərqli olaraq bu dəfəki Konqres onlayn formatda təşkil olunacaq.
“Bütün dünyada yayılan COVID-19 pandemiyası səbəbindən ənənəvi qaydada baş tutan tədbirlər, konfranslar artıq rəqəmsal müstəviyə keçib, onlayn formata üstünlük verilir. Biz də pandemiya ilə əlaqədar ölkəmizdə tətbiq olunan karantin rejiminin tələblərinə uyğun olaraq Konqresi onlayn formatda keçirməyə qərar verdik. Əvvəlki Konqreslərdə həm yerli, həm də əcnəbi mütəxəssislərin mühazirələrinə yer ayırırdıq. Bu dəfə isə çıxışçıların yalnız əcnəbi mütəxəssislərdən seçilməsi qərarı aldıq. Bunun da əsas səbəbi yerli mütəxəssislərimizin pandemiya dövründə xaricdə təşkil olunan konfranslara qatılmaq imkanlarının məhdudluğu ilə əlaqədardır.”
Prof. Kamran Musayev onu da bildirib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclasında “Bakı Ürək Günləri” 7-ci Beynəlxalq Konqresi Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və Konqresə 16 Kredit balı verilib. Bu o deməkdir ki, Konqresdə izləyici kimi qatılan mütəxəssislər illik tələb olunan 48 Kredit balının 16-nı toplaya bilərlər.
Konqresdə iştirak etmək istəyən mütəxəssislər qeydiyyat üçün Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin saytına (www.audcc.org.az) və Konqresin Təşkilat Komitəsinə müraciət edə bilərlər.
Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.

Men endokrınoloq olaraq ürek problemlerı ıle cox rastlasıram .İştırak edıb yenılıklerle tanıs olmaqdan memnun olardım
Mən Atakişiyeva Dilşad pediatr olaraq ürək problemləri ilə çox rastlaşıram, iştirak edib yeniliklərlə tanış olmaqdan memnum olardım.
Mən pediatrı olaraq ürək problemlərilə çox raşlaşıram, , iştirak edib yeniliklərlətanış olmaqdan məmnun olaram
Məmmədova Tükaz
Mən pediatr olaraq ürək problemləri ilə çox rastlaşıram və bunla əlaqədar iştirak edib yeniliklərlə tanış olmaq istərdim
Mən Dilşad Atakişiyeva pediatr olaraq ürək problemləri ilə çox rastlaşıram,iştirak edib yeniliklərlə tanış olmaqdan məmnum olardım.
Salam.Men neonatoloq kimi chalishiram ve ishimde tez- tez anadangelme urek qusurlarlu ushaqlarla rastlashiram. Mene bu konqresde ishtirak etmek maraqli olardi
Men pediatr olaraq urek problemleri ile cox rastlasiram.Istirak edib yeniliklerle tanis olmaqdan memnun olardim.
Xatirə abbaslı. Aprel26.2021mən neonatoloq kimi ürək problemləri ilə çox rastlaşıramiştirak edərək,yeniliklərlə tanış olmaqdan məmnun olardım
Men Ceferova Nigar pediatr olaraq urek problemleri ile cox rastlasiram.Istirak edib yeniliklerle tanis olmaqdan memnun olardim.
Güləbətin Məmmədovaapril29 2021Men Məmmədova Güləbətin pediatr olaraq urək problemlərilə cox rastlasiram lstirak edib yeniliklerle tanış olmaqdan memnun olardim
Men Əşrəfova Könül həkim pediatr olaraq urək xəstəlikləri ilə tez tez rast qəlirəm və yeniliklərlə tanış olmaq isyeyirəm
Mən Süleymanova Almaz pediatr olaraq ürək problemləri ilə çox rastlaşıram.Iştirak edib yeniliklərlə tanış olmaq istərdim.
Men Ashrefova Könül pediatr ürək problemləri ilə cox rast qəlirəm.İştirak etmək estərdim
Mən Süleymanova Almaz pediatr olaraq ürək problemləri ilə qarşılaşıram. İştirak edib yeniliklərlə tanış olmaq istərdim.