ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • Menu Canvas
    • AÜDCC
      • Missiya və Hədəflər
    • YENİLİKLƏR
    • ÜZVLÜK
    • İŞÇİ QRUPLAR
    • JURNAL
    • ƏLAQƏ

ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • AÜDCC
    • Missiya və Hədəflər
    • İdarə heyəti
  • YENİLİKLƏR
  • ÜZVLÜK
  • İŞÇİ QRUPLAR
    • Siyahısı
    • Əsasnaməsi (LAYİHƏ)
  • JURNAL
  • BİZİMLƏ ƏLAQƏ

“Bakı Ürək Günləri” 6-cı beynəlxalq konqres keçiriləcək

Homepage KONFRANS VƏ SEMİNARLAR "Bakı Ürək Günləri" 6-cı beynəlxalq konqres keçiriləcək
KONFRANS VƏ SEMİNARLAR, Xəbərlər, YENİLİKLƏR

“Bakı Ürək Günləri” 6-cı beynəlxalq konqres keçiriləcək

April 17, 2019
By sbalazadeh
0 Comment
888 Views

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 7-9 iyun 2019-cu il tarixlərdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” 6-cı Beynəlxalq Konqresini təşkil edəcək.

Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. “Bakı Ürək Günləri” 6-cı Beynəlxalq Konqresində 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardioccərahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək.

Bundan başqa “Bakı Ürək Günləri” 6-cı Beynəlxalq Konqresi ilə birgə Avrasiya Ürək və Damar Cərrahları Cəmiyyətinin 15-ci Konfransı da təşkil olunacaq.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev bildirdi ki, əvvəlki Konqreslərdə olduğu kimi, bu dəfə də Azərbaycandan və xarici ölkələrdən iştirakçılar www.bakuheartdays.az saytında elektron qeydiyyatdan keçə, eyni zamanda məqalə və tezislərini elektron formada göndərə biləcək.

“Gənc mütəxəssislər üçün təşkil ediləcək təcrübə məşğələləri “Bakı Ürək Günləri”nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. Eyni zamanda, Konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək. Avrasiya Ürək və Damar Cərrahları Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində bu təşkilatın 15-ci Konfransı da Bakıda keçiriləcək.”

Prof. Kamran Musayev onu da bildirib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının iclasında “Bakı Ürək Günləri” 6-cı Beynəlxalq Konqresi Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və Konqresə 24 Kredit balı verilib. Bu o deməkdir ki, Konqresdə və müvafiq kurslarda iştirak etməklə illik tələb olunan 48 Kredit balının 24-nü toplaya bilərlər.

Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.


Previous Story
Novruz bayramınız mübarək!
Next Story
“Uşaq ürəkləri Qarabağda döyünür” – pediatrik elmi konfransı keçiriləcək

Leave your comment Cancel Reply

(will not be shared)

Sonuncu məqalələr

  • “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayları dərc olunub Thursday, 9, Jun
  • “A-dan Z-yə Aorta” beynəlxalq konfransı Thursday, 24, Mar
  • Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin illik fəaliyyət istiqamətləri müzakirə edilib Monday, 14, Mar
  • 10-cu Münhen Damar Konfransı Friday, 26, Nov
  • “Kardiologiya və Kardiocərrahiyyədə yeniliklər” Beynəlxalq Konqresi Tuesday, 2, Nov
  • “Dünya Ürək Günü”nə həsr olunan elmi toplantı keçirilib Thursday, 30, Sep
  • “Dünya Ürək Günü”nə həsr olunan aksiya keçirilib Saturday, 25, Sep
  • “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının 2-ci sayı nəşr olunub Friday, 28, May
  • “Bakı Ürək Günləri” 7-ci Beynəlxalq Konqresi keçirilib Monday, 24, May
  • Qeydiyyat / “Bakı Ürək Günləri” 7-ci Beynəlxalq Konqresi Friday, 30, Apr

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti

Ünvan: AZ1006, Parlament prospekti 76, Azərbaycan, Bakı

Əlaqə vasitələri:

+994 12 492 10 92
+994 50 309 19 00

E-mail: info@audcc.org.az

 

Bizi sosialda izlə

Copyright ©2020 All Rights Reserved
SearchPostsLogin
Thursday, 9, Jun
“Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayları dərc olunub
Thursday, 24, Mar
“A-dan Z-yə Aorta” beynəlxalq konfransı
Monday, 14, Mar
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin illik fəaliyyət istiqamətləri müzakirə edilib
Friday, 26, Nov
10-cu Münhen Damar Konfransı
Tuesday, 2, Nov
“Kardiologiya və Kardiocərrahiyyədə yeniliklər” Beynəlxalq Konqresi
Thursday, 30, Sep
“Dünya Ürək Günü”nə həsr olunan elmi toplantı keçirilib

Welcome back,