ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • Menu Canvas
    • AÜDCC
      • Missiya və Hədəflər
    • YENİLİKLƏR
    • ÜZVLÜK
    • İŞÇİ QRUPLAR
    • JURNAL
    • ƏLAQƏ

ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • AÜDCC
    • Missiya və Hədəflər
    • İdarə heyəti
  • YENİLİKLƏR
  • ÜZVLÜK
  • İŞÇİ QRUPLAR
    • Siyahısı
    • Əsasnaməsi (LAYİHƏ)
  • JURNAL
  • BİZİMLƏ ƏLAQƏ

Azərbaycanlı tanınmış ürək cərrahı Dr. Kamran Musayev Koreyada mükafata layiq görülüb

Homepage Xəbərlər Azərbaycanlı tanınmış ürək cərrahı Dr. Kamran Musayev Koreyada mükafata layiq görülüb
Xəbərlər

Azərbaycanlı tanınmış ürək cərrahı Dr. Kamran Musayev Koreyada mükafata layiq görülüb

April 5, 2017
By sbalazadeh
0 Comment
332 Views

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Dr. Kamran Musayev Koreyanın paytaxtı Seul şəhərində Asiya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin illik konfransında iştirak edib.

Konfrans barədə fikirlərini bildirən Dr. Kamran Musayev Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin beynəlxalq əlaqələrə xüsusi diqqət ayırdığını deyib. Onun sözlərinə görə, bu kimi beynəlxalq konfranslar kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssislərin elmin son yenilikləri ilə tanış olmasına, əldə olunmuş nailiyyətlər ətrafında fikir mübadiləsi aparmalarına şərait yaradır.

“Asiyanın ən tanınmış kardioloq və kardio-cərrahlarının iştirak etdiyi bu beynəlxalq konfrans bizim üçün həm təcrübə mübadiləsi aparmağa imkan verdi, həm də Asiyanın aparıcı mütəxəssisləri ilə əməkdaşlıq etmək barədə razılıq əldə etdik. Bu ilin may ayında təşkil edəcəyimiz ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi barədə Asiyalı həmkarlarımıza məlumat verdik, gələcəkdə Asiya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti ilə ortaq layihələr həyata keçirmək, ürək xəstəlikləri, onlardan qorunmanın yolları və müalicəsində tətbiq edilən yeniliklərlə bağlı təcrübə mübadiləsi aparmaq barədə razılıq əldə etdik.”

Konfransda “Aortal qapağın təmiri – Bakı təcrübəsi” (“Isolated aortic valve repair – Baku experience”) mövzusunda öz əməliyyatlarının nəticələrini təqdim edən Dr. Kamran Musayev bu günə qədər ölkəmizdə həyata keçirilən ürək-damar əməliyyatları, əldə edilmiş nəticələr barədə Asiyalı həmkarlarına məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Sevindirici haldır ki, Dr. Kamran Musayevin çıxışı təşkilat komitəsinin xüsusi mükafatına layiq görülüb. Yüzlərlə təqdimat arasından həmyerlimiz Dr. Musayevin mükafata layiq görülməsi, eyni zamanda ölkəmizdəki ürək-damar cərrahiyyəsinin yüksək səviyyəli inkişafının bariz göstəricisi kimi qəbul olunmalıdır.

Dr.Kamran Musayevin özü də “bu mükafatı ölkəmizin ürək-damar cərrahiyyəsinə verilmiş bir beynəlxalq mükafat olaraq qəbul etdim” deyə xüsusilə vurğuladı.


Previous Story
Cenevrədə rezidentura keçən gənc həkim: “Azərbaycana qayıdıb, Avropada öyrəndiklərimi tətbiq etmək istəyirəm” – Uğur formulu
Next Story
AÜDCC üzvləri Bilgəhdəki qocalar evində məskunlaşmış ahılları ziyarət edib

Sonuncu məqalələr

  • “Covid-19 zamanı ECMO tətbiqi” mövzusunda vebinar Wednesday, 23, Dec
  • Türkiyə Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin 16-cı Milli Konqresi Wednesday, 14, Oct
  • Maastricht Mitral Masters: canlı əməliyyatla veb seminar Thursday, 10, Sep
  • Yeni doğulmuş körpədə mürəkkəb ürək qüsuru uğurla aradan qaldırıldı Thursday, 27, Aug
  • “COVID-19 İNFEKSİYASI VƏ ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİ” mövzusunda VEBİNAR Wednesday, 22, Apr
  • “Ürək və Damar Cərrahiyyəsi” elmi-praktik jurnalının təqdimatı olub Saturday, 29, Feb
  • Azərbaycanda Dünya Ürək Günü qeyd edilib Sunday, 29, Sep
  • Ürəyinizin qəhrəmanı olun! Sunday, 29, Sep
  • 18-ci Cərrahiyyə və Hepatoqastroenterologiya Beynəlxalq Konqresi Saturday, 7, Sep
  • “Bakı Ürək Günləri” 6-cı Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub Saturday, 8, Jun

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti

Ünvan: AZ1006, Parlament prospekti 76, Azərbaycan, Bakı

Əlaqə vasitələri:

+994 12 492 10 92
+994 50 309 19 00

E-mail: info@audcc.org.az

 

Bizi sosialda izlə

Copyright ©2020 All Rights Reserved
SearchPostsLogin
Wednesday, 23, Dec
“Covid-19 zamanı ECMO tətbiqi” mövzusunda vebinar
Wednesday, 14, Oct
Türkiyə Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin 16-cı Milli Konqresi
Thursday, 10, Sep
Maastricht Mitral Masters: canlı əməliyyatla veb seminar
Thursday, 27, Aug
Yeni doğulmuş körpədə mürəkkəb ürək qüsuru uğurla aradan qaldırıldı
Wednesday, 22, Apr
“COVID-19 İNFEKSİYASI VƏ ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİ” mövzusunda VEBİNAR
Saturday, 29, Feb
“Ürək və Damar Cərrahiyyəsi” elmi-praktik jurnalının təqdimatı olub

Welcome back,