ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • Menu Canvas
    • AÜDCC
      • Missiya və Hədəflər
    • YENİLİKLƏR
    • ÜZVLÜK
    • İŞÇİ QRUPLAR
    • JURNAL
    • ƏLAQƏ

ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • AÜDCC
    • Missiya və Hədəflər
    • İdarə heyəti
  • YENİLİKLƏR
  • ÜZVLÜK
  • İŞÇİ QRUPLAR
    • Siyahısı
    • Əsasnaməsi (LAYİHƏ)
  • JURNAL
  • BİZİMLƏ ƏLAQƏ

Azərbaycanda ilk dəfə qan dövranı dayandırılmaqla ağciyər damarlarında unikal əməliyyat həyata keçirilib

Homepage KARDİOLOGİYA YENİLİKLƏRİ Azərbaycanda ilk dəfə qan dövranı dayandırılmaqla ağciyər damarlarında unikal əməliyyat həyata keçirilib
KARDİOLOGİYA YENİLİKLƏRİ, Xəbərlər

Azərbaycanda ilk dəfə qan dövranı dayandırılmaqla ağciyər damarlarında unikal əməliyyat həyata keçirilib

September 25, 2017
By sbalazadeh
0 Comment
1092 Views

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, tibb elmləri doktoru Kamran Musayev və komandası tərəfindən daha bir unikal əməliyyat gerçəkləşdirilib. Ağciyər damarlarının endarterektomiyası adlanan  bu əməliyyat ölkəmizdə ilk dəfə həyata keçirilib. Dünyanın yüksək dərəcədə ixtisaslaşmış çox az sayda mərkəzində icra olunan bu əməliyyatın ölkəmizdə, özü də yerli mütəxəssislərimiz tərəfindən uğurla həyata keçirilməsi Azərbaycan səhiyyəsinin son dövrlərdə əldə etdiyi nailiyyətlərdən biridir.

İnsan həyatı üçün çox təhlükəli olan ağciyər damarlarının tromblaşmasının aradan qaldırılması məqsədilə icra olunan bu əməliyyatın mahiyyətini açıqlayan Dr. Kamran Musayev bildirdi ki, bu diaqnoz qoyulan xəstələr bu günə qədər dərmanla müalicə edilirdi və 5 il ərzində onların 90 %-i həyatını itirirdi.

“Əməliyyat etdiyimiz xəstə, 27 yaşlı yeni ana olmuş bir qadın idi. Hamiləlik zamanı baldırlarında şişmə ilə həkimə müraciət edib. Baldır damarlarının (venalarının) trombozu diaqnozu qoyularaq müalicəsi aparılıb. Doğuştan sonra isə qadında təngnəfəslik başlayıb. Bu dəfə ona “Ağciyər arteriyasının tromboemboliyası” diaqnozu qoyulub.  3 – 4 aylıq müalicədən fayda görməyən xəstədə ağcıyər arteriyasında təzyiq ciddi şəkildə yüksəlib. Xəstədə “xroniki tromboembolik ağcıyər hipertenziyası” diaqnozunu qoyduq.”

Xəstənin əməliyyata qədərki müalicə prosesi barədə məlumat verən Dr. Kamran Musayev bu gün dünya praktikasında xəstəliyin yeganə müalicə yolunun cərrahi müdaxilə olduğunu və bu zaman xəstənin qan dövranının tam dayandırılmalı olduğunu bildirdi.

“Açıq metodla ağciyər arteriyalarındakı tromboembolik tıxacları “Ağciyər arteriyasının tromboendarterektomiyası” adlanan əməliyyatda xüsusi cərrahi alətlər istifadə etməklə təmizlədik. Əməliyyat dərin hipotermiya şəraitində icra olunur və xəstə 18o C-yə qədər soyudulur. Bu mərhələdə qan dövranı tam dayandırılır və zamanla yarış başlayır. 20 dəqiqəlik iki zaman dilimində bu əməliyyatı bitirmək məcburiyyətində idik. Yoxsa xəstəyə və digər həyati orqanlara ciddi zərər vermiş olardıq. Biz əməliyyatın bu kritik mərhələsini 14 dəqiqə ərzində uğurla başa vurduq.  Əməliyyatdan 1 həftə sonra isə xəstəmizi tam sağalma ilə evə yazdıq.”

Dünyanın yüksək dərəcədə ixtisaslaşmış çox az sayda mərkəzində icra olunan bu əməliyyatı uğurla həyata keçirməkdən qürur duyduqlarını bildirən Kamran Musayev venalarında tromblaşma olan xəstələrə daha diqqətli olmağı tövsiyyə etdi.

“Xüsusilə hamilələr, artıq çəkili insanlar, müəyyən qan xəstəliyi olan insanlar bu xəstəlik üçün risk qrupundadır. Ağciyər damarlarında tromb olan, ümumiyyətlə venalarında tromblaşma olan bütün xəstələr çox diqqətli olmalıdırlar. Bu xəstəlik hamiləlik zamanı sadə baldır venalarının tromblaşmasından sonra da əmələ gələ bilər. Damar tromblaşmasını müalicə edən həkimlər də bu diaqnozu unutmamalıdır. Artıq respublikamızda da icra olunan bu əməliyyat ehtiyacı olan bütün xəstələrə məsləhət görülməlidir.”


Previous Story
AÜDCC üzvləri Bilgəhdəki qocalar evində məskunlaşmış ahılları ziyarət edib
Next Story
Dünya Ürək Günü ilə əlaqədar növbəti xeyriyyə aksiyası keçirilib

Leave your comment Cancel Reply

(will not be shared)

Sonuncu məqalələr

  • Mitral Qapaq İşçi Qrupunun toplantısı keçirilib Monday, 28, Nov
  • “Dünya Ürək Günü” silsilə tədbirlərlə qeyd olunub Sunday, 2, Oct
  • Ürək-Damar Xəstəlikləri Beynəlxalq Konqresi keçiriləcək Tuesday, 13, Sep
  • “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayı dərc olunub Tuesday, 13, Sep
  • “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayları dərc olunub Thursday, 9, Jun
  • “A-dan Z-yə Aorta” beynəlxalq konfransı Thursday, 24, Mar
  • Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin illik fəaliyyət istiqamətləri müzakirə edilib Monday, 14, Mar
  • 10-cu Münhen Damar Konfransı Friday, 26, Nov
  • “Kardiologiya və Kardiocərrahiyyədə yeniliklər” Beynəlxalq Konqresi Tuesday, 2, Nov
  • “Dünya Ürək Günü”nə həsr olunan elmi toplantı keçirilib Thursday, 30, Sep

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti

Ünvan: AZ1006, Parlament prospekti 76, Azərbaycan, Bakı

Əlaqə vasitələri:

+994 12 492 10 92
+994 50 309 19 00

E-mail: info@audcc.org.az

 

Bizi sosialda izlə

Copyright ©2022 All Rights Reserved
SearchPostsLogin
Monday, 28, Nov
Mitral Qapaq İşçi Qrupunun toplantısı keçirilib
Sunday, 2, Oct
“Dünya Ürək Günü” silsilə tədbirlərlə qeyd olunub
Tuesday, 13, Sep
Ürək-Damar Xəstəlikləri Beynəlxalq Konqresi keçiriləcək
Tuesday, 13, Sep
“Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayı dərc olunub
Thursday, 9, Jun
“Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayları dərc olunub
Thursday, 24, Mar
“A-dan Z-yə Aorta” beynəlxalq konfransı

Welcome back,