ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • Menu Canvas
    • AÜDCC
      • Missiya və Hədəflər
    • YENİLİKLƏR
    • ÜZVLÜK
    • İŞÇİ QRUPLAR
    • JURNAL
    • ƏLAQƏ

ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • AÜDCC
    • Missiya və Hədəflər
    • İdarə heyəti
  • YENİLİKLƏR
  • ÜZVLÜK
  • İŞÇİ QRUPLAR
    • Siyahısı
    • Əsasnaməsi (LAYİHƏ)
  • JURNAL
  • BİZİMLƏ ƏLAQƏ

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti “Sağlam Ürək Həftəsi” elan edir

Homepage Xəbərlər Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti “Sağlam Ürək Həftəsi” elan edir
Xəbərlər

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti “Sağlam Ürək Həftəsi” elan edir

September 15, 2016
By sbalazadeh
0 Comment
999 Views

Dünya Ürək Federasiyasının təşəbbüsü ilə 2000-ci ildən etibarən hər il 29 sentyabr “Dünya Ürək Günü” kimi qeyd olunur.

Dünya Ürək Federasiyası dünyanın 100-dən çox ölkəsində ürək cəmiyyətləri və ürək fondlarının birgə səyi sayəsində 200 üzv təşkilatın birləşmiş icması vasitəsi ilə bütün dünyada ürək xəstəliklərinə qarşı mübarizə aparır. Dünya Ürək Federasiyasının təşəbbüsü ilə 2000-ci ildən etibarən hər il 29 sentyabr “Dünya Ürək Günü” kimi qeyd olunur.

“Dünya Ürək Günü”nün keçirilməsində məqsəd əhalini ürək-damar xəstəliklərinin təhlükəliliyi barədə məlumatlandırmaq, bu xəstəliklərin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin uğurla aparılmasına nail olmaqdır. Dünya Ürək Federasiyası “Dünya Ürək Günü”nü hər il fərqli şüarla qeyd edir. “Həyatına enerji qat!” (“Power Your Life”) “Dünya Ürək Günü”nün bu ilki şüarıdır.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti 2010-cu ildən etibarən Dünya Ürək Federasiyasının “Dünya Ürək Günü” ilə bağlı tədbirlərinə öz töhfəsini verir. Bu günlə bağlı əsasən paytaxt Bakıda və regionlarda silsilə tədbirlər, beynəlxalq konfranslar və alış-veriş mərkəzlərində aksiyalar keçirilib, eyni zamanda ictimaiyyət nümayəndələrinin iştirakı ilə seminarlar təşkil edilib, maarifləndirici məlumat kitabçaları paylanılıb, uşaq evinin sakinləri kardioloji müayinədən keçirilib.

Bu tədbirlərin davamı kimi, AÜDCC tərəfindən bu il də Dünya Ürək Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçiriləcək. AÜDCC İdarə Heyətinin qərarı ilə sentyabrın son həftəsi “Sağlam Ürək Həftəsi” elan edilib.

Bu həftə çərçivəsində 28, 29, 30 sentyabrda paytaxtda yerləşən alış-veriş mərkəzlərində “Həyatına enerji qat!” şüarı altında aksiyalar baş tutacaq, ictimaiyyət nümayəndələri ilkin tibbi müayinədən keçiriləcək, əhalinin ürək sağlamlığı üçün vacib olan məlumatlardan hazırlanmış maarifləndirici məlumat kitabçaları paylanılacaq.

Oktyabrın 1-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birgə Park İnn otelində yerli və əcnəbi kardioloq və kardiocərrahların iştirakı ilə  beynəlxalq elmi konfrans keçirəcək.

AÜDDC sədri, tibb elmləri doktoru, kardiocərrah Kamran Musayev Dünya Ürək Günü ilə əlaqədar keçiriləcək tədbirlərlə yanaşı, sosial şəbəkələr vasitəsilə geniş təbliğat kampaniyası həyata keçiriləcəyini də bildirib. “Sosial şəbəkələr bu gün cəmiyyət həyatının ayrılmaz parçasına çevrilib. Bu məqsədlə bütün sosial şəbəkə istifadəçilərini aktiv olaraq “Dünya Ürək Günü” təbliğat kampaniyasına qoşulmağa səsləyirəm. “Həyatına enerji qat!” sağlamlıq həftəsinə qoşulun, sağlam ürək selfisi çəkərək sosial şəbəkə hesablarınızda #worldheartday #dünyaürəkgünü #poweryourlife #həyatınaenerjiqat hashtag-larından istifadə edərək paylaşımlar edin və “Dünya Ürək Günü”nə töhfənizi verin.”


Previous Story
İşçi Qrupların Əsasnaməsi (LAYİHƏ)
Next Story
“Həyatına enerji qat!” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

Sonuncu məqalələr

  • Mitral Qapaq İşçi Qrupunun toplantısı keçirilib Monday, 28, Nov
  • “Dünya Ürək Günü” silsilə tədbirlərlə qeyd olunub Sunday, 2, Oct
  • Ürək-Damar Xəstəlikləri Beynəlxalq Konqresi keçiriləcək Tuesday, 13, Sep
  • “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayı dərc olunub Tuesday, 13, Sep
  • “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayları dərc olunub Thursday, 9, Jun
  • “A-dan Z-yə Aorta” beynəlxalq konfransı Thursday, 24, Mar
  • Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin illik fəaliyyət istiqamətləri müzakirə edilib Monday, 14, Mar
  • 10-cu Münhen Damar Konfransı Friday, 26, Nov
  • “Kardiologiya və Kardiocərrahiyyədə yeniliklər” Beynəlxalq Konqresi Tuesday, 2, Nov
  • “Dünya Ürək Günü”nə həsr olunan elmi toplantı keçirilib Thursday, 30, Sep

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti

Ünvan: AZ1006, Parlament prospekti 76, Azərbaycan, Bakı

Əlaqə vasitələri:

+994 12 492 10 92
+994 50 309 19 00

E-mail: info@audcc.org.az

 

Bizi sosialda izlə

Copyright ©2022 All Rights Reserved
SearchPostsLogin
Monday, 28, Nov
Mitral Qapaq İşçi Qrupunun toplantısı keçirilib
Sunday, 2, Oct
“Dünya Ürək Günü” silsilə tədbirlərlə qeyd olunub
Tuesday, 13, Sep
Ürək-Damar Xəstəlikləri Beynəlxalq Konqresi keçiriləcək
Tuesday, 13, Sep
“Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayı dərc olunub
Thursday, 9, Jun
“Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayları dərc olunub
Thursday, 24, Mar
“A-dan Z-yə Aorta” beynəlxalq konfransı

Welcome back,