ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • Menu Canvas
    • AÜDCC
      • Missiya və Hədəflər
    • YENİLİKLƏR
    • ÜZVLÜK
    • İŞÇİ QRUPLAR
    • JURNAL
    • ƏLAQƏ

ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • AÜDCC
    • Missiya və Hədəflər
    • İdarə heyəti
  • YENİLİKLƏR
  • ÜZVLÜK
  • İŞÇİ QRUPLAR
    • Siyahısı
    • Əsasnaməsi (LAYİHƏ)
  • JURNAL
  • BİZİMLƏ ƏLAQƏ

AÜDCC üzvləri Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin XI Ulusal Konqresində iştirak edib

Homepage Xəbərlər AÜDCC üzvləri Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin XI Ulusal Konqresində iştirak edib
Xəbərlər

AÜDCC üzvləri Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin XI Ulusal Konqresində iştirak edib

November 3, 2010
By sbalazadeh
0 Comment
937 Views

27-31 oktyabrda Antalyada Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin XI Ulusal Konqresi keçirilib. Konqresdə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvləri də iştirak edib və Türk Dünyası Ürək və Damar Cərrahiyyəsi Birliyinin yaradılması məsələsi müzakirə edilib.

Konqresdə ürək və damar cərrahiyyəsinin əsas mövzuları müzakirə edilib, bu sahədəki son nailiyyətlər təhlil olunub. Konqres zamanı EACTS, ESVS və WSCHS kimi beynəlxalq ürək-damar cərrahiyyəsi cəmiyyətlərindən önəmli mütəxəssislərin iştirak etdiyi simpoziumlar, Texas Ürək İnstitutunun nümayəndələri ilə görüşlər keçirilib. Burada ilk dəfə olaraq Orta Asiya ölkələrindən ürək-damar cərrahları da iştirak edib. Konqres çərçivəsində Türk Dünyası Ürək və Damar Cərrahiyyəsi Birliyinin yaradılması müzakirə edilib. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri namizədi Kamran Kazımoğlu Musayev bu ideyanın tarixi əhəmiyyətə malik olduğunu bildirib:
“Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistandan olan məsləkdaşlarımızla ilk dəfə keçirdiyimiz bu toplantının tarixi əhəmiyyəti var. Türkiyə və türkdilli dövlətlərdə ürək və damar cərrahiyyəsinin bugünkü vəziyyətini müzakirə etdiyimiz bu toplantıda qarşılıqlı elmi və təcrübə mübadiləsinin yollarını axtardıq, gələcək fəaliyyət planını hazırladıq. Bu fəaliyyət planının həyata keçirilməsi qardaş ölkələrdə ürək və damar cərrahiyyəsi mərkəzlərinin kəmiyyət və keyfiyyət baxımından inkişafına müsbət təsir edəcək”.
AÜDCC sədri, tibb elmləri namizədi Kamran Kazımoğlu Musayev simpoziumlardan birinə rəhbərlik edib və karotid aorta xəstəliyi haqqında məruzə ilə çıxış edib.
Xatırladaq ki, Konqres ərəfəsində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətilə Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin İdarə Heyətləri arasında razılaşma əldə edilmişdi. Razılaşmaya görə, Konqresdə iştirak edən AÜDCC üzvlərinin qeydiyyat və otel xərcləri təşkilatçılar tərəfindən ödənilib.

Previous Story
Dünya Ürək Günü ilə bağlı həyata keçirilən tədbirlər
Next Story
Düzgün CPR üçün 5 yol: bunları hər kəs bilməlidir

Leave your comment Cancel Reply

(will not be shared)

Sonuncu məqalələr

  • Mitral Qapaq İşçi Qrupunun toplantısı keçirilib Monday, 28, Nov
  • “Dünya Ürək Günü” silsilə tədbirlərlə qeyd olunub Sunday, 2, Oct
  • Ürək-Damar Xəstəlikləri Beynəlxalq Konqresi keçiriləcək Tuesday, 13, Sep
  • “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayı dərc olunub Tuesday, 13, Sep
  • “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayları dərc olunub Thursday, 9, Jun
  • “A-dan Z-yə Aorta” beynəlxalq konfransı Thursday, 24, Mar
  • Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin illik fəaliyyət istiqamətləri müzakirə edilib Monday, 14, Mar
  • 10-cu Münhen Damar Konfransı Friday, 26, Nov
  • “Kardiologiya və Kardiocərrahiyyədə yeniliklər” Beynəlxalq Konqresi Tuesday, 2, Nov
  • “Dünya Ürək Günü”nə həsr olunan elmi toplantı keçirilib Thursday, 30, Sep

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti

Ünvan: AZ1006, Parlament prospekti 76, Azərbaycan, Bakı

Əlaqə vasitələri:

+994 12 492 10 92
+994 50 309 19 00

E-mail: info@audcc.org.az

 

Bizi sosialda izlə

Copyright ©2022 All Rights Reserved
SearchPostsLogin
Monday, 28, Nov
Mitral Qapaq İşçi Qrupunun toplantısı keçirilib
Sunday, 2, Oct
“Dünya Ürək Günü” silsilə tədbirlərlə qeyd olunub
Tuesday, 13, Sep
Ürək-Damar Xəstəlikləri Beynəlxalq Konqresi keçiriləcək
Tuesday, 13, Sep
“Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayı dərc olunub
Thursday, 9, Jun
“Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayları dərc olunub
Thursday, 24, Mar
“A-dan Z-yə Aorta” beynəlxalq konfransı

Welcome back,