ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • Menu Canvas
    • AÜDCC
      • Missiya və Hədəflər
    • YENİLİKLƏR
    • ÜZVLÜK
    • İŞÇİ QRUPLAR
    • JURNAL
    • ƏLAQƏ

ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • AÜDCC
    • Missiya və Hədəflər
    • İdarə heyəti
  • YENİLİKLƏR
  • ÜZVLÜK
  • İŞÇİ QRUPLAR
    • Siyahısı
    • Əsasnaməsi (LAYİHƏ)
  • JURNAL
  • BİZİMLƏ ƏLAQƏ

“Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi keçiriləcək

Homepage Xəbərlər “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi keçiriləcək
Xəbərlər

“Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi keçiriləcək

January 30, 2017
By sbalazadeh
0 Comment
215 Views

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 26-28 may 2017-ci il tarixlərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresini təşkil edəcək.

Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresində 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardioccərahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri doktoru Kamran Musayev bildirdi ki, əvvəlki Konqreslərdə olduğu kimi, bu dəfə də Azərbaycandan və xarici ölkələrdən iştirakçılar www.bakuheartdays.az saytında elektron qeydiyyatdan keçə, eyni zamanda məqalə və tezislərini elektron formada göndərə biləcək.

“Gənc mütəxəssislər üçün təşkil ediləcək təcrübə məşğələləri “Bakı Ürək Günləri”nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. Eyni zamanda, Konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək. Təşkil olunacaq sosial proqram ilə, xüsusilə, əcnəbi qonaqlar Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı əldə edəcəklər.”

Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.

bug-5-logo_az


Previous Story
Kardiotorakal Cərrahiyyə Dərsliyi
Next Story
Cenevrədə rezidentura keçən gənc həkim: “Azərbaycana qayıdıb, Avropada öyrəndiklərimi tətbiq etmək istəyirəm” – Uğur formulu

Sonuncu məqalələr

  • “Covid-19 zamanı ECMO tətbiqi” mövzusunda vebinar Wednesday, 23, Dec
  • Türkiyə Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin 16-cı Milli Konqresi Wednesday, 14, Oct
  • Maastricht Mitral Masters: canlı əməliyyatla veb seminar Thursday, 10, Sep
  • Yeni doğulmuş körpədə mürəkkəb ürək qüsuru uğurla aradan qaldırıldı Thursday, 27, Aug
  • “COVID-19 İNFEKSİYASI VƏ ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİ” mövzusunda VEBİNAR Wednesday, 22, Apr
  • “Ürək və Damar Cərrahiyyəsi” elmi-praktik jurnalının təqdimatı olub Saturday, 29, Feb
  • Azərbaycanda Dünya Ürək Günü qeyd edilib Sunday, 29, Sep
  • Ürəyinizin qəhrəmanı olun! Sunday, 29, Sep
  • 18-ci Cərrahiyyə və Hepatoqastroenterologiya Beynəlxalq Konqresi Saturday, 7, Sep
  • “Bakı Ürək Günləri” 6-cı Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub Saturday, 8, Jun

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti

Ünvan: AZ1006, Parlament prospekti 76, Azərbaycan, Bakı

Əlaqə vasitələri:

+994 12 492 10 92
+994 50 309 19 00

E-mail: info@audcc.org.az

 

Bizi sosialda izlə

Copyright ©2020 All Rights Reserved
SearchPostsLogin
Wednesday, 23, Dec
“Covid-19 zamanı ECMO tətbiqi” mövzusunda vebinar
Wednesday, 14, Oct
Türkiyə Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin 16-cı Milli Konqresi
Thursday, 10, Sep
Maastricht Mitral Masters: canlı əməliyyatla veb seminar
Thursday, 27, Aug
Yeni doğulmuş körpədə mürəkkəb ürək qüsuru uğurla aradan qaldırıldı
Wednesday, 22, Apr
“COVID-19 İNFEKSİYASI VƏ ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİ” mövzusunda VEBİNAR
Saturday, 29, Feb
“Ürək və Damar Cərrahiyyəsi” elmi-praktik jurnalının təqdimatı olub

Welcome back,