ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • Menu Canvas
    • AÜDCC
      • Missiya və Hədəflər
    • YENİLİKLƏR
    • ÜZVLÜK
    • İŞÇİ QRUPLAR
    • JURNAL
    • ƏLAQƏ

ISSN 2707-9678 (Print)     ISSN 2708-0218 (Online)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
  • AÜDCC
    • Missiya və Hədəflər
    • İdarə heyəti
  • YENİLİKLƏR
  • ÜZVLÜK
  • İŞÇİ QRUPLAR
    • Siyahısı
    • Əsasnaməsi (LAYİHƏ)
  • JURNAL
  • BİZİMLƏ ƏLAQƏ

29 sentyabr – Dünya Ürək Günüdür

Homepage Xəbərlər 29 sentyabr – Dünya Ürək Günüdür
Xəbərlər

29 sentyabr – Dünya Ürək Günüdür

September 27, 2011
By sbalazadeh
0 Comment
1024 Views

Dünya Ürək Federasiyası dünyanın 100-dən çox ölkəsində ürək cəmiyyətləri və ürək fondlarının birgə səyi sayəsində 200 üzv təşkilatın birləşmiş icması vasitəsi ilə bütün dünyada ürək xəstəliklərinə qarşı mübarizə aparır.

Bizim kollektiv səylərimiz nəticəsində bütün dünyadakı insanlara daha uzun və daha yaxşı yaşamaq şansı verilir. Hər il qeyd olunan Dünya Ürək Günü bu il 29 sentyabr tarixinə təsadüf edir. Dünya Ürək Federasiyası hər il fərqli şüarla bu günü qeyd edir. “Tək Dünya, Tək Ev, Tək Ürək” (One World, One Home, One Heart) Dünya Ürək Gününün bu ilki şüarıdır.

Dünya Ürək Federasiyası üzv və partnyor təşkilatlarla birgə bu gün üçün xüsusi tədbirlər planı hazırlayır və bu plana uyğun olaraq insanları ürək xəstəliklərinə və onlardan qorunmaq üçün diqqətli olmağa çağırır. Təşkil olunan fəaliyyətlərə ictimai söhbətlər və filmlərin göstərilməsi, gəzintilər, konsertlər, idman tədbirləri, aksiyaların təşkili, maarifləndirici bukletlərin paylanması və s. daxildir.

Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti artıq bir neçə ildir ki, Dünya Ürək Günü ilə bağlı paytaxt Bakıda və ölkənin ayrı-ayrı regionlarında bu qəbildən silsilə tədbirlər keçirir. Ötən il “Dünya Ürək Günü”nə həsr olunmuş “Mən ürəklə işləyirəm” adlı beynəlxalq elmi konfrans,  ticarət mərkəzlərində aksiyalar təşkil edilmiş,  uşaq evinin sakinləri kardioloji müayinədən keçirilmişdir.

Bu il də AÜDCC tərəfindən bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Azərbaycan Tibb Universitetinin tələbələri, eyni zamanda ictimaiyyət nümayəndələrinin iştirakı ilə seminar-mühazirələrin keçirilməsi, maarifləndirici məlumat kitabçalarının paylanması nəzərdə tutulub. Dünya Ürək Federasiyası tərəfindən hazırlanmış maarifləndirici buklet Azərbaycan dilinə tərcümə edilib.

Oktyabrın 1-də, saat 14.00-da isə Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri namizədi Dr. Kamran Musayevin Dünya Ürək Günü ilə bağlı gənclərlə görüşü keçiriləcək. Görüş “İRƏLİ” İctimai Birliyində (Ünvan: Sabir küç 3, İçərişəhər) baş tutacaq.

 


Previous Story
“Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin iştirakçılarına
Next Story
“Dünya Ürək Günü”nə həsr olunmuş görüş keçirilmişdir

Leave your comment Cancel Reply

(will not be shared)

Sonuncu məqalələr

  • Mitral Qapaq İşçi Qrupunun toplantısı keçirilib Monday, 28, Nov
  • “Dünya Ürək Günü” silsilə tədbirlərlə qeyd olunub Sunday, 2, Oct
  • Ürək-Damar Xəstəlikləri Beynəlxalq Konqresi keçiriləcək Tuesday, 13, Sep
  • “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayı dərc olunub Tuesday, 13, Sep
  • “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayları dərc olunub Thursday, 9, Jun
  • “A-dan Z-yə Aorta” beynəlxalq konfransı Thursday, 24, Mar
  • Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin illik fəaliyyət istiqamətləri müzakirə edilib Monday, 14, Mar
  • 10-cu Münhen Damar Konfransı Friday, 26, Nov
  • “Kardiologiya və Kardiocərrahiyyədə yeniliklər” Beynəlxalq Konqresi Tuesday, 2, Nov
  • “Dünya Ürək Günü”nə həsr olunan elmi toplantı keçirilib Thursday, 30, Sep

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti

Ünvan: AZ1006, Parlament prospekti 76, Azərbaycan, Bakı

Əlaqə vasitələri:

+994 12 492 10 92
+994 50 309 19 00

E-mail: info@audcc.org.az

 

Bizi sosialda izlə

Copyright ©2022 All Rights Reserved
SearchPostsLogin
Monday, 28, Nov
Mitral Qapaq İşçi Qrupunun toplantısı keçirilib
Sunday, 2, Oct
“Dünya Ürək Günü” silsilə tədbirlərlə qeyd olunub
Tuesday, 13, Sep
Ürək-Damar Xəstəlikləri Beynəlxalq Konqresi keçiriləcək
Tuesday, 13, Sep
“Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayı dərc olunub
Thursday, 9, Jun
“Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” jurnalının növbəti sayları dərc olunub
Thursday, 24, Mar
“A-dan Z-yə Aorta” beynəlxalq konfransı

Welcome back,