“Ürəyin cərrahi anatomiyası” mövzusunda elmi-praktiki seminar keçirilib

“Ürəyin cərrahi anatomiyası” mövzusunda elmi-praktiki seminar keçirilib

Noyabrın 2-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə rezidentlər və gənc həkim-cərrahlar üçün “Ürəyin cərrahi anatomiyası” mövzusunda elmi-praktiki seminar təşkil olunub. KRKA Şirkətinin dəstəyi ilə keçirilən seminarın proqramına əsasən, əvvəlcə AÜDCC sədri, tibb elmləri doktoru Kamran Kazımoğlu Musayev tərəfindən mühazirə oxunub. Ardınca isə, seminarın praktiki hissəsi baş tutub. Bu zaman rezidentlər və gənc həkim-cərrahlar heyvan ürəkləri üzərində təcrübə məşğələsində iştirak ediblər. AÜDCC sədri, tibb elmləri doktoru Kamran Kazımoğlu Musayev gənc həkim-cərrahlar və rezidentlər üçün bu cür seminarların silsilə…

ƏTRAFLI

Dünya Ürək Günü ilə əlaqədar növbəti xeyriyyə aksiyası keçirilib

Dünya Ürək Günü ilə əlaqədar növbəti xeyriyyə aksiyası keçirilib

29 sentyabr – Dünya Ürək Günüdür. Dünya Ürək Federasiyasının təşəbbüsü ilə hər ilin bu günündə müxtəlif aksiyalar, tədbirlər həyata keçirilir. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti hər il olduğu kimi bu il də xeyriyyə aksiyası keçirməklə Dünya Ürək Gününü qeyd edib. Belə ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvü olan bir qrup həkim və tibb bacısı tərəfindən Şağan qəsəbəsində yerləşən 1 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində və Binə qəsəbəsində yerləşən “Ümid Yeri” Uşaq Sığınacağında məskunlaşmış…

ƏTRAFLI

Azərbaycanda ilk dəfə qan dövranı dayandırılmaqla ağciyər damarlarında unikal əməliyyat həyata keçirilib

Azərbaycanda ilk dəfə qan dövranı dayandırılmaqla ağciyər damarlarında unikal əməliyyat həyata keçirilib

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, tibb elmləri doktoru Kamran Musayev və komandası tərəfindən daha bir unikal əməliyyat gerçəkləşdirilib. Ağciyər damarlarının endarterektomiyası adlanan  bu əməliyyat ölkəmizdə ilk dəfə həyata keçirilib. Dünyanın yüksək dərəcədə ixtisaslaşmış çox az sayda mərkəzində icra olunan bu əməliyyatın ölkəmizdə, özü də yerli mütəxəssislərimiz tərəfindən uğurla həyata keçirilməsi Azərbaycan səhiyyəsinin son dövrlərdə əldə etdiyi nailiyyətlərdən biridir. İnsan həyatı üçün çox təhlükəli olan ağciyər damarlarının…

ƏTRAFLI

AÜDCC üzvləri Bilgəhdəki qocalar evində məskunlaşmış ahılları ziyarət edib

AÜDCC üzvləri Bilgəhdəki qocalar evində məskunlaşmış ahılları ziyarət edib

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə 26-28 may 2017-ci il tarixdə “Gülüstan” Sarayında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi keçiriləcək. Konqresə qədər isə AÜDCC tərəfindən “Bakı Ürək Günləri” adı altında silsilə tədbirlər həyata keçiriləcək. İlk belə tədbir Bilgəhdə yerləşən Qocalar Evində baş tutub. Belə ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvü olan bir qrup həkim və tibb bacısı Bilgəhdəki qocalar evini ziyarət…

ƏTRAFLI

Azərbaycanlı tanınmış ürək cərrahı Dr. Kamran Musayev Koreyada mükafata layiq görülüb

Azərbaycanlı tanınmış ürək cərrahı Dr. Kamran Musayev Koreyada mükafata layiq görülüb

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Dr. Kamran Musayev Koreyanın paytaxtı Seul şəhərində Asiya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin illik konfransında iştirak edib. Konfrans barədə fikirlərini bildirən Dr. Kamran Musayev Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin beynəlxalq əlaqələrə xüsusi diqqət ayırdığını deyib. Onun sözlərinə görə, bu kimi beynəlxalq konfranslar kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssislərin elmin son yenilikləri ilə tanış olmasına, əldə olunmuş nailiyyətlər ətrafında fikir mübadiləsi…

ƏTRAFLI

“Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi keçiriləcək

“Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi keçiriləcək

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 26-28 may 2017-ci il tarixlərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresini təşkil edəcək. Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresində 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardioccərahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların…

ƏTRAFLI

Bakıda “Dünya Ürək Günü” münasibətilə beynəlxalq konfrans keçirilib

Bakıda “Dünya Ürək Günü” münasibətilə beynəlxalq konfrans keçirilib

Oktyabrın 1-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) Dünya Ürək Günü münasibətilə Bakıda “Həyatına enerji qat!” adlı beynəlxalq elmi-praktiki konfrans təşkil edib. Konfransda ölkəmizdə fəaliyyət göstərən bütün dövlət və özəl klinikaların kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssisləri iştirak ediblər. “Konfransda qardaş Türkiyədən dəvət etdiyimiz professor heyəti də iştirak edir. Kardiologiyanın və kardiocərrahiyyənin ən aktual məsələlərini yerli və xarici həmkarlarımızla müzakirə edəcəyik. Bunun paytaxt Bakıda və regionlarda fəaliyyət göstərən həkimlərə faydalı olacağını düşünürəm”, –…

ƏTRAFLI

“Həyatına enerji qat!” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

“Həyatına enerji qat!” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

Sentyabrın 29-u bütün dünyada “Dünya Ürək Günü” kimi qeyd ediləcək. Bu günlə əlaqədar olaraq Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti ölkəmizdə bir sıra tədbirlər həyata keçirir. 29 sentyabrda “Park Bulvar”, 30 sentyabrda “Metropark” AVM-də “Sağlam Ürək Həftəsi” çərçivəsində aksiyalar keçiriləcək. Aksiyalar zamanı “Dünya Ürək Günü”nün mahiyyəti, ürək sağlamlığının qorunması üçün vasib olan amillər barədə ictimaiyyətə məlumat veriləcək, alış-veriş mərkəzlərində insanların ilkin tibbi müayinəsi, qanda şəkərin və xolesterolun miqdarı ölçüləcək, ürək sağlamlığının qorunması üçün tam ödənişsiz…

ƏTRAFLI

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti “Sağlam Ürək Həftəsi” elan edir

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti “Sağlam Ürək Həftəsi” elan edir

Dünya Ürək Federasiyasının təşəbbüsü ilə 2000-ci ildən etibarən hər il 29 sentyabr “Dünya Ürək Günü” kimi qeyd olunur. Dünya Ürək Federasiyası dünyanın 100-dən çox ölkəsində ürək cəmiyyətləri və ürək fondlarının birgə səyi sayəsində 200 üzv təşkilatın birləşmiş icması vasitəsi ilə bütün dünyada ürək xəstəliklərinə qarşı mübarizə aparır. Dünya Ürək Federasiyasının təşəbbüsü ilə 2000-ci ildən etibarən hər il 29 sentyabr “Dünya Ürək Günü” kimi qeyd olunur. “Dünya Ürək Günü”nün keçirilməsində məqsəd əhalini ürək-damar xəstəliklərinin təhlükəliliyi barədə…

ƏTRAFLI

AÜDCC Antalyada Türkiyə Vaskulyar və Endovaskulyar Cərrahiyyə Cəmiyyəti ilə birlikdə ortaq toplantı keçirib

AÜDCC Antalyada Türkiyə Vaskulyar və Endovaskulyar Cərrahiyyə Cəmiyyəti ilə birlikdə ortaq toplantı keçirib

Türkiyə Vaskulyar (Damar) və Endovaskulyar Cərrahiyyə Dərnəyi 29 oktyabr – 01 noyabr tarixləri arasında Antalya şəhərində 17-ci milli konqresini keçirdi. Konqresə ABŞ, İngiltərə, Almaniya və digər qabaqcıl ölkələrdən onlarla mütəxəssis cərrahlar dəvət olunmuşdu. Ölkəmizi bu mötəbər tədbirdə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri doktoru Kamran Musayevin başçılığı altında çoxsaylı cərrah və tibb bacılarından ibarət nümayəndə heyəti təmsil etmişdir. Konqresin ikinci günündə Türkiyə və Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətlərinin ortaq toplantısı baş tutmuşdur. AÜDCC-nin…

ƏTRAFLI
1 2 3 4 5 8