Ürəyin pərdəsindən təbii ürək qapağı düzəldilərək əməliyyat edilib – Azərbaycanda ilk dəfə

Ürəyin pərdəsindən təbii ürək qapağı düzəldilərək əməliyyat edilib – Azərbaycanda ilk dəfə

Bu günlərdə ürək-damar cərrahlarımız Azərbaycan səhiyyəsi tarixində növbəti bir uğura imza atıb. Ölkəmizdə ilk dəfə olaraq xəstənin özünün ürək pərdəsindən yeni ürək qapağı düzəldilərək pozulmuş ürək qapağının əvəzolunmasında istifadə edilib. “Ozaki əməliyyatı” adlanan cərrahi müdaxilə Mərkəzi Klinik Xəstəxananın Ürək və Damar Cərrahiyyəsi şöbəsində tanınmış ürək-damar cərrahı, klinikanın baş həkimi Prof. Dr. Kamran Musayev və komandası tərəfindən uğurla həyata keçirilib. Klinikaya aortal qapağın ciddi kalsifik stenozu səbəbilə müraciət edən 73 yaşlı kişi xəstə, əməliyyatdan bir həftə…

ƏTRAFLI

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Antalyada Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyi ilə ortaq toplantı keçirib

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Antalyada Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyi ilə ortaq toplantı keçirib

26-29 oktyabr 2018-ci il tarixdə Türkiyənin Antalya şəhərində Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin 15-ci  Beynəlxalq Konqresi keçirilib. Konqresin məqsədi ürək-damar cərrahiyyəsi sahəsində dünyanın tanınmış mütəxəssisləri ilə təcrübə mübadiləsi aparmaq, tətbiq olunan yenilikləri və texnologiyaları müzakirə etmək idi. Konqresin proqramı çərçivəsində Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyi dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə ortaq iclaslar keçirdi. Bu sırada Kaliforniya və Kembric Universitetləri, Avropa Flebologiya Kolleci ilə ortaq toplantıları qeyd etmək olar. Oktyabrın 28-də isə Azərbaycan Ürək…

ƏTRAFLI

AÜDCC sədri Gürcüstan Ürək Cərrahiyyəsi Cəmiyyətinin fəxri üzvü seçilib

AÜDCC sədri Gürcüstan Ürək Cərrahiyyəsi Cəmiyyətinin fəxri üzvü seçilib

29 sentyabr 2018-ci il tarixdə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Gürcüstan Ürək Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə 1-ci Beynəlxalq Ürək Cərrahiyyəsi Konqresi keçirilib. Konqresdə iştirak edən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, t.e.d., professor Dr. Kamran Musayev “Aortal qapağın təmiri – Bakı təcrübəsi” mövzusunda mühazirə ilə çıxış edib. Konqresin sonunda Gürcüstan Ürək Cərrahiyyəsi Cəmiyyəti İdarə Heyətinin qərarı ilə Dr. Kamran Musayev Cəmiyyətin fəxri üzvü (honorary member) seçilib. Fəxri üzv plaketini Dr. Kamran Musayevə Gürcüstan Ürək Cərrahiyyəsi…

ƏTRAFLI

“Ürəyin üçün söz ver!” mövzusunda elmi-praktiki seminar keçirilib

“Ürəyin üçün söz ver!” mövzusunda elmi-praktiki seminar keçirilib

Hər il sentyabrın 29-da bütün dünyada Dünya Ürək Günü kimi qeyd edilir. “Ürəyin üçün söz ver!” (Make your promise), “Mənim ürəyim, sənin ürəyin” (My heart, your heart) Dünya Ürək Gününün bu ilki şüarıdır. Bu il insanlardan mənim ürəyim, sənin ürəyin, bizim ürəyimiz üçün kiçik bir arzu tutmağı istəyən Dünya Ürək Federasiyası ürək sağlamlığına daha çox diqqət ayırmağı hədəfləyir. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Dünya Ürək Gününü müxtəlif tədbirlər və aksiyalarla qeyd edir. Ötən gün…

ƏTRAFLI

Dünya Ürək Günü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib

Dünya Ürək Günü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib

29 sentyabr – Dünya Ürək Günüdür. Dünya Ürək Federasiyasının təşəbbüsü ilə hər ilin bu günündə müxtəlif aksiyalar, tədbirlər həyata keçirilir. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti hər il olduğu kimi bu il də silsilə tədbirlərlə Dünya Ürək Gününü qeyd edir. Bu gün Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvü olan bir qrup həkim və tibb bacısı tərəfindən Şağan qəsəbəsində yerləşən 3 saylı əqli və fiziki qüsurlu uşaqlar üçün internat evində məskunlaşmış uşaqların pediatrik və kardioloji müayinəsi həyata keçirilib. Müayinədən sonra…

ƏTRAFLI

Dünya Ürək Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

Dünya Ürək Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

Dünya Ürək Federasiyası dünyanın 100-dən çox ölkəsində ürək cəmiyyətləri və ürək fondlarının birgə səyi sayəsində 200 üzv təşkilatın birləşmiş icması vasitəsi ilə bütün dünyada ürək xəstəliklərinə qarşı mübarizə aparır. Hər il sentyabrın 29-da qeyd olunan Dünya Ürək Günü Dünya Ürək Federasiyası tərəfindən hər il fərqli şüarla qeyd edilir. “Mənim ürəyim, sənin ürəyin” (My heart, your heart) Dünya Ürək Gününün bu ilki şüarıdır. Bu il insanlardan mənim ürəyim, sənin ürəyin, bizim ürəyimiz üçün kiçik bir arzu…

ƏTRAFLI

Azərbaycanda ilk dəfə xəstənin ürəyində eyni vaxtda 5 əməliyyat icra edilib

Azərbaycanda ilk dəfə xəstənin ürəyində eyni vaxtda 5 əməliyyat icra edilib

Tahir Əzizovun 64 yaşı var. İki övladı, üç nəvəsi olan Tahir müəllim bu yaşadək səhhətindən şikayətçi olmayıb. Həmsöhbətim bir ay öncə ürəyində narahatlıq hiss edib. Deyir, heç ağlıma belə gəlməzdi ki, ürəyim sözümə baxmaz. “Son günlər isə yolu keçirdim, gördüm ürəyim çox döyünür. Evim də yoxuşda olduğundan gördüm qalxanda çətinlik çəkirəm, nəfəsim çatmır. Gördüm ağrılar olur, yorğunluğum artır. Evdə sakitləşdirici ürək dərmanları qəbul etdim. Amma gördüm ki, ürəyimdə möhkəm narahatlıq var. Bundan sonra isə həkimə…

ƏTRAFLI

“Kardiocərrahiyyədə xəstələr üzərindən praktik müzakirələr” mövzusunda elmi-praktiki seminar

“Kardiocərrahiyyədə xəstələr üzərindən praktik müzakirələr” mövzusunda elmi-praktiki seminar

Fevralın 23-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə rezidentlər və gənc həkim-cərrahlar üçün “Kardiocərrahiyyədə xəstələr üzərindən praktik müzakirələr” mövzusunda elmi-praktiki seminar təşkil olunacaq. KRKA Şirkətinin dəstəyi ilə keçirilən seminarın proqramına əsasən, ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov tərəfindən mühazirə oxunacaq. AÜDCC sədri, tibb elmləri doktoru Kamran Musayev gənc həkim-cərrahlar və rezidentlər üçün bu cür seminarlar mütəmadi olaraq təşkil edilir: “Cəmiyyətimiz gənc həkim-cərrahların və rezidentlərin bilik və təcrübələrinin artırılması üçün silsilə seminarlar təşkil edir. Bu…

ƏTRAFLI

“Ürəyin cərrahi anatomiyası” mövzusunda elmi-praktiki seminar keçirilib

“Ürəyin cərrahi anatomiyası” mövzusunda elmi-praktiki seminar keçirilib

Noyabrın 2-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə rezidentlər və gənc həkim-cərrahlar üçün “Ürəyin cərrahi anatomiyası” mövzusunda elmi-praktiki seminar təşkil olunub. KRKA Şirkətinin dəstəyi ilə keçirilən seminarın proqramına əsasən, əvvəlcə AÜDCC sədri, tibb elmləri doktoru Kamran Kazımoğlu Musayev tərəfindən mühazirə oxunub. Ardınca isə, seminarın praktiki hissəsi baş tutub. Bu zaman rezidentlər və gənc həkim-cərrahlar heyvan ürəkləri üzərində təcrübə məşğələsində iştirak ediblər. AÜDCC sədri, tibb elmləri doktoru Kamran Kazımoğlu Musayev gənc həkim-cərrahlar və rezidentlər üçün bu cür seminarların silsilə…

ƏTRAFLI

Dünya Ürək Günü ilə əlaqədar növbəti xeyriyyə aksiyası keçirilib

Dünya Ürək Günü ilə əlaqədar növbəti xeyriyyə aksiyası keçirilib

29 sentyabr – Dünya Ürək Günüdür. Dünya Ürək Federasiyasının təşəbbüsü ilə hər ilin bu günündə müxtəlif aksiyalar, tədbirlər həyata keçirilir. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti hər il olduğu kimi bu il də xeyriyyə aksiyası keçirməklə Dünya Ürək Gününü qeyd edib. Belə ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvü olan bir qrup həkim və tibb bacısı tərəfindən Şağan qəsəbəsində yerləşən 1 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində və Binə qəsəbəsində yerləşən “Ümid Yeri” Uşaq Sığınacağında məskunlaşmış…

ƏTRAFLI
1 2 3 7