“Bakı Ürək Günləri” 6-cı Beynəlxalq Konqresi praktik məşğələlərlə işə başlayıb

İyunun 7-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş VI “Bakı ürək günləri” Beynəlxalq Konqresi praktik məşğələlərlə işə başlayıb.

Konqresin ilk günündə gənc cərrahlar, rezidentlər üçün “Mitral qapaq təmiri”, “Aorta anastomozu” və “EVAR və TEVAR ekspertlə görüş” mövzularında kurslar keçirilib. Praktik məşğələlər ürək cərrahiyyəsində inkişaf edən prosedurlara həsr olunub.

Üç gün davam edəcək konqresdə dünyanın 16 ölkəsindən 50-yə yaxın aparıcı ürək-damar cərrahları və kardioloqlar iştirak edirlər. Konqresin açılış mərasimi iyunun 8-də keçiriləcək. İyunun 8-9-da konqresdə iştirak edən mütəxəssislərin məruzələri dinləniləcək və mövzular ətrafında müzakirələr aparılacaq.

Share This: