“Ürəyin üçün söz ver!” mövzusunda elmi-praktiki seminar keçirilib

“Ürəyin üçün söz ver!” mövzusunda elmi-praktiki seminar keçirilib

Hər il sentyabrın 29-da bütün dünyada Dünya Ürək Günü kimi qeyd edilir. “Ürəyin üçün söz ver!” (Make your promise), “Mənim ürəyim, sənin ürəyin” (My heart, your heart) Dünya Ürək Gününün bu ilki şüarıdır. Bu il insanlardan mənim ürəyim, sənin ürəyin, bizim ürəyimiz üçün kiçik bir arzu tutmağı istəyən Dünya Ürək Federasiyası ürək sağlamlığına daha çox diqqət ayırmağı hədəfləyir. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Dünya Ürək Gününü müxtəlif tədbirlər və aksiyalarla qeyd edir. Ötən gün…

ƏTRAFLI

Dünya Ürək Günü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib

Dünya Ürək Günü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib

29 sentyabr – Dünya Ürək Günüdür. Dünya Ürək Federasiyasının təşəbbüsü ilə hər ilin bu günündə müxtəlif aksiyalar, tədbirlər həyata keçirilir. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti hər il olduğu kimi bu il də silsilə tədbirlərlə Dünya Ürək Gününü qeyd edir. Bu gün Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvü olan bir qrup həkim və tibb bacısı tərəfindən Şağan qəsəbəsində yerləşən 3 saylı əqli və fiziki qüsurlu uşaqlar üçün internat evində məskunlaşmış uşaqların pediatrik və kardioloji müayinəsi həyata keçirilib. Müayinədən sonra…

ƏTRAFLI

Dünya Ürək Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

Dünya Ürək Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

Dünya Ürək Federasiyası dünyanın 100-dən çox ölkəsində ürək cəmiyyətləri və ürək fondlarının birgə səyi sayəsində 200 üzv təşkilatın birləşmiş icması vasitəsi ilə bütün dünyada ürək xəstəliklərinə qarşı mübarizə aparır. Hər il sentyabrın 29-da qeyd olunan Dünya Ürək Günü Dünya Ürək Federasiyası tərəfindən hər il fərqli şüarla qeyd edilir. “Mənim ürəyim, sənin ürəyin” (My heart, your heart) Dünya Ürək Gününün bu ilki şüarıdır. Bu il insanlardan mənim ürəyim, sənin ürəyin, bizim ürəyimiz üçün kiçik bir arzu…

ƏTRAFLI