“Kardiocərrahiyyədə xəstələr üzərindən praktik müzakirələr” mövzusunda elmi-praktiki seminar

Fevralın 23-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə rezidentlər və gənc həkim-cərrahlar üçün “Kardiocərrahiyyədə xəstələr üzərindən praktik müzakirələr” mövzusunda elmi-praktiki seminar təşkil olunacaq.

KRKA Şirkətinin dəstəyi ilə keçirilən seminarın proqramına əsasən, ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov tərəfindən mühazirə oxunacaq.

AÜDCC sədri, tibb elmləri doktoru Kamran Musayev gənc həkim-cərrahlar və rezidentlər üçün bu cür seminarlar mütəmadi olaraq təşkil edilir:

“Cəmiyyətimiz gənc həkim-cərrahların və rezidentlərin bilik və təcrübələrinin artırılması üçün silsilə seminarlar təşkil edir. Bu seminarların məqsədi peşəkar həkim-cərrahların öz bilik və təcrübələrini gənc nəslə ötürmələrinə şərait yaratmaq, rezident və gənc həkim-cərrahların gələcək karyeralarına dəstək olmaqdır. Bu dəfəki seminarda ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov  öz bilik və təcrübəsini gənc həmkarlarımızla bölüşəcək.”

 

Share This: