İşçi Qrupların Əsasnaməsi (LAYİHƏ)

AZƏRBAYCAN ÜRƏK VƏ DAMAR CƏRRAHİYYƏSİ CƏMİYYƏTİNİN

İŞÇİ QRUPLARININ

ƏSASNAMƏSİ (LAYİHƏ)

Maddə 1. MƏQSƏD
Bu Əsasənamənin məqsədi Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) üzvlərini maraqlandıran mövzularda təşkil ediləcək İşçi Qrupların forma və fəaliyyətini, məqsəd və vəzifələrini müəyyənləşdirməkdir.

Maddə 2. ANLAYIŞLAR
Bu Əsasnamədə istifadə edilən əsas anlayışlar:
AÜDCC – Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti
İşçi Qrupu – AÜDCC-nin İşçi Qrupları
İşçi Qrupu üzvlüyü – AÜDCC-nin İşçi Qruplarının üzvlüyü
Ali Məclis – AÜDCC-nin İşçi Qrupunun Ali Məclisi
İşçi Qrupun İdarə Heyəti – AÜDCC-nin İşçqi Qrupunun İdarə Heyəti
Cəmiyyətin katibliyi – AÜDCC-nin katibliyi

Maddə 3. İŞÇİ QRUPLARIN MƏQSƏDİ
Ürək və damar xəstəlikləri və müalicəsi ilə əlaqədar olaraq xüsusi maraq, təcrübə və təhsilin vacib olduğu saələrdə komanda olaraq araşdırmalar aparmaq, məlumat toplamaq və yaymaqdır.

Maddə 4. İŞÇİ QRUPLARIN FƏALİYYƏT FORMASI
4.1.1. İşçiq qrupları və İşçi Qrupların İdarə heyətləri ilk dəfə formalaşdırılarkən AÜDCC İdarə Heyəti tərəfindən müəyyən edilir. İşçi Qruplarında vəzifə tutmaq istəyən Cəmiyyət üzvləri barədə Cəmiyyətin katibliyinə məlumat verilir.

4.1.2. İlk iclasın elanı AÜDCC İdarə Heyəti tərəfindən verilir. Bundan sonrakı iclasların tarixini və vaxtını Cəmiyyətin katibliyi ilə razılaşdıraraq İşçi Qruplar özləri təyin edir. İdarə Heyəti işin təcililiyi və vacibliyi səbəbindən işçi qruplarını fövqəladə iclasa toplaya bilər. Qərarlar iclas iştirakçıklarının səs çoxluğu ilə qəbul edilir.

4.1.3. İşçi Qruplar ilk iclasda üzvlər arasından sədr, sədr müavini və katib seçirlər. Sədr iclaslara rəhbərlik etməklə yanaşı, həm də İşçi Qrupunun sözçüsüdürkatib isə iclas protokollarının hazırlanmasından, arxivləşdirilməsindən və iclasların gündəliyinin hazırlanmasından məsuldur. Əvvəlki sədr səsvermə hüququna malik olmasa da idarə heyətinin üzvlüyündə qalır.

4.1.4. AÜDCC katibliyi iclas vaxtının elan edilməsi, iclaın keçiriləcəyi yerin müəyyən edilməsi, lazımi sənədlərin hazırlanması kimi katiblik işləri İşçi qrupu sədrinə köməklik göstərir.   İclasın gündəliyi əvvəlki iclasda müəyyənləşdirilməyibsə, sədr və katib tərəfindən hazırlanır. Ptokollar, sənədlər, qərarlar və raportlar Cəmiyyətin Katibliyində İşçi Qrup üçün ayrılmış arxivdə saxlanılır. İşçi Qruplar bütün fəaliyyətləri üçün AÜDCC tərəfindən dəstək alır.

Maddə 5. İŞÇİ QRUPUN STRUKTURU
5.1. İşçi Qrupu üzvlər, Ali Məclis və İdarə Heyətindən ibarətdir.

5.2. İşçi Qrupu üzvlüyü: İşçi Qrupa üzv olmaq üçün Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvü olmaq lazımdır. Hər bir AÜDCC üzvü maraq dairəsinə uyğun olaraq ən çox 4 İşçi Qrupa üzv ola bilər. Müraciət üçün vacib şərt üzvlük statusunun aktvi olmağıdır. Aktiv üzvlük illik ödənişlərin tam ödənilməsini və üzvlük məlumatlarının yeniləniş olmasını tələb edir. İşçi Qrupun İdarə heyəti bu sənədləri araşdırır və üzvlük müraciətinə cavab verir. Hər bir üzvün İşçi Qrupun Ali Məclisində bir səs hüququ var. İşçi Qrupu üzvlərindən AÜDCC-yə ödənilən üzvlük haqqından başqa ödəniş tələb oluna bilməz. Əsaslı səbəb göstərmədən ardıcıl olaraq 4 dəfə iclaslarda iştirak etməyənlərin İşçi Qrupu üzvlüyü avtomatik olaraq ləğv edilir.

5.3. İşçi Qrupu Ali Məclisi: İşçi Qrupu Ali Məclisi Qrup üzvlərindən təşkil olunur. İşçi Qrupları üzvlərin siyahısını hazırlayaraq Ali Məclis toplantısından ən azı bir ay əvvəl AÜDCC İdarə Heyətinə təqdim edir. Üzvlərin siyahısı İşçi Qrupu İdarə Heyətinin seçkilərində əsas götürülür. İşçi Qrupu Ali Məclisi ən azı iki ildə bir dəfə olmaqla AÜDCC Konqresində seçki üçün çağırılır. İşçi Qrupların İdarə Heyəti seçkiləri AÜDCC İdarə Heyətinin təyin etdiyi vaxtda və yerdə keçirilir.

5.4. İşçi Qrupu İdarə Heyəti
5.4.1. İşçi Qrupu İdarə Heyəti formalaşdırılarkən AÜDCC İdarə Heyəti tərəfindən təyin olunan sədr, sədr müavini və katibdən ibarət olur. İşçi Qrupu İdarə Heyətinin üzvləri ilk seçkiyə qədər  AÜDCC İdarə Heyəti tərəfindən verilən bu səlahiyyəti yerinə yetirir.

5.4.2. İşçi Qrupu İdarə Heyətinin səlahiyyət müddəti ən çox iki ildir.

5.4.3. Səlahiyyət müddəti bitdikdən sonar formalaşdırılacaq yeni İdarə Heyəti İşçi Qrupu Ali Məclisi tərəfindən iki illik müddətə gizli səsvermə ilə seçilir.

5.4.4. Seçki dövrü bitmiş İşçi Qruplarında İdarə Heyəti əvvəlki sədr, sədr müavini və katibdən formalaşır. Əvvəlki sədr, İşçi Qrupu İdarə Heyətinin əvvəlki sədridir. Seçki dövrünün sonunda İşçi Qrupu İdarə Heyətindən ayrılan əvvəlki sədr növbəti seçki dövrü müddətində İşçi Qrupu İdarə Heyətində vəzifə tuta bilməz.

5.4.5. İşçi Qrupu İdarə Heyəti sədrləri bir dövr üçün sədr ola bilərlər. Sədr müavini və katib isə hansı vəzifədə olursa olsun İdarə Heyətində ardıcıl olaraq ən çox üç seçki dövründə çalışa bilər. Ancaq bu qayda AÜDCC İdarə Heyəti tərəfindən təyin olunan İşçi Qrupun ilk İdarə Heyətinə şamil olunmur.

5.4.6. İşçi Qrupu İdarə Heyətində vəzifə tutan sədr, sədr müavini və katib AÜDCC-nin başqa bir İşçi Qrupu İdarə Heyətində və eyni mövzu il əlaqədar başqa bir təşkilatın İdarə Heyətində sədr, sədr müavini və baş katib vəzifəsini tuta bilməz.

5.4.7. İşçi Qrupu İdarə Heyəti ildə ən az bir dəfə olmaqla İşçi Qrupun fəaliyyət sıxlığına görə toplanır. İdarə Heyətində qəbul edilən qərarlar protokollaşdırılır və mütəmadi olaraq AÜDCC İdarə Heyətinə məlumat verilir. Qəbul edilmiş qərarlar AÜDCC İdarə Heyəti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir.

Maddə 6. İŞÇİ QRUPUN VƏZİFƏLƏRİ, SƏLAHİYYƏTİ VƏ FƏALİYYƏTİ
6.1. İşçi Qrupların vəzifəsi formalaşdırma məqsədinə uyğun olaraq AÜDCC İdarə Heyəti tərəfindən müəyyənləşdirilərək onlara verilən və ya özlərinin təklif etdiyi və AÜDCC İdarə Heyəti tərəfindən qəbul edilən mövzuların araşdırılmasını, qiymətləndirilməsini və qərar qəbul edilməsini əhatə edir. İdarə Heyətinin bu qərarları olduğu kimi qəbul edə bilməklə yanaşı, rədd etmə və ya dəyişiklik edilməsi istəyi ilə İşçi Qrupuna geri qaytarmaq səlahiyyəti var.

6.2. İşçi Qrupları mövzularla əlaqədar fəaliyyət formasını müəyyən etdərək araşdırmaq, incələmək, inkişaf etdirmək və layihə hazırlanması işlərinə dəstək olmaq və üzvlər arasında məlumat mübadiləsini təşkil etmək üçün seminar, tədris kursları, elmi toplantılar, ictimaiyyətə açıq tədris kursları təşkil edə bilər. Bu işləri görmək üçün AÜDCC İdarə Heyəti ilə birgə illik fəaliyyət planı hazırlanır. İşçi Qruplar bu plandan kənar da elmi toplantılar təşkil edə bilər. Ancaq bu, ən azı bir ay əvvəl AÜDCC İdarə Heyəti ilə razılaşdırılmalıdır.

6.3. İşçi Qrupları AÜDCC Konqresində sahələrinə uyğun olan işlərə məsul olur. Ancaq özlərinə aid ayrıca Konqres təşkil edə bilməzlər. İşçi Qrupların toplantıları AÜDCC Konqresindən bir ay əvvəl və bir ay sonrakı tarixlərdə təşkil edilə bilməz.

6.4. Milli Fəaliyyətlərin hazırlanması və dəstəklənməsi: İşçi Qruplar sahələrinə uyğun mövzularda araşdırmaları təşviq edər və hazırlayar, milli çoxmərkəzli araşdırmalar apararlar. Bundan başqa, sahələrinə uyğun mövzularda ölkədaxili məlumat bazasını hazırlayar və bunun davamlılığını təmin edir. Hər ilin məlumatları növbəti ilin ilk üç ayı ərzində AÜDCC İdarə Heyətinə təqdim edilməlidir.

6.5. Maraq dairəsində standartların yaradılmasına dəstək olmaq: İşçi Qrupları milli və beynəlxalq səviyyədə ən yaxşı tətbiq nümunələrinə təsbit etmək və yaymaq məqsədilə sahələrinə uyğun mövzularda AÜDCC İdarə Heyətinin təsdiq etdiyi kitabçaların hazırlanmasında iştirak edir.

6.6. İşçi Qrupların tədbirləri ilə əlaqədar üçüncü şəxslərlə qurulacaq əlaqə: AÜDCC İdarə Heyəti lazım bilərsə İşçi Qrupun sədrini və ya İşçi Qrupun hər hansı bir üzvünə səlahiyyət verə bilər. İdarə Heyəti tərəfindən səlahiyyət verilmədikcə İşçi Qrupu üzvləri ən kiçik tədbirlərdə belə Cəmiyyəti təmsil edə bilməz. İşçi Qrupları zərurət yaranarsa sahələrində daha geniş araşdırma və qiymətləndirmə aparmaq məqsədilə digər İşçi Qruplar və ya əlaqədar təşkilatlarla tədqiqat-araşdırma qrupu və ya ortaq iclas təşkil edə bilərlər. Bunun üçün AÜDCC İdarə Heyətinin razılığı olmalıdır. Bu qrupların fəaliyyətinin nəticəsi yekunda raport şəklində AÜDCC İdarə Heyətinə bildirilir. İşçi Qruplar beynəlxalq təşkilatların eyni mövzulu İşçi Qrupları ilə əlaqələr qura bilər, lazım olarsa özlərini beynəlxalq təşkilatların işçi qruplarında təmsil edəcək üzv və ya üzvlərin seçilməsi üçün səy göstərə bilər.

6.7. Çalışma Grupları konularıyla ilgili bilgi verici veya tanıtıcı basılı materyaller, gazete, CD-ROM, odyokaset, video hazırlayabilir. Bunun için TKDCD Yönetim Kurulu’nun izni gerekmektedir.

Maddə 7. İŞÇİ QRUPLARIN QAZANC VƏ XƏRCLƏRİ

7.1. İşçi Qruplar fəaliyyət dövrü boyunda nəzərdə tutulan xərclər varsa layihələndirmə zamanı AÜDCC İDarə Heyətinin şifahi razılığını almaq məcburiyyətindədir. AÜDCC İdarə Heyəti İşçi Qrupun istəklərini Cəmiyyətin büdcəsinə uyğun qiymətləndirir və İşçi Qrupuna cavab verir. İşçi Qrupu tədbirlərini bu cavaba uyğun olaraq müəyyənləşdirir.

7.2. İşçi Qrupların qazanc və xərc mühasibatlığı AÜDCC-nin ümüumi mühasibatlığına daxildir. Buna görə də İşçi Qruplar görəcəkləri hər bir işin təxmini büdcəsi barədə ən azı 3 ay əvvəlcədən AÜDCC İdarə Heyətinə məlumat verməlidir. Təxmini büdcə AÜDCC İdarə Heyəti tərəfindən qəbul edildikdən sonra qüvvəyə minir.

7.3. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti hər il büdcəsindən İşçi Qrupların əsas xərclərini qarşılamaq üçün İdarə Heyəti tərəfindən müəyyən edilən pay ayırır.

7.4. İşçi Qruplar tərəfindən təşkil edilən elmi toplantılar və ya araşdırma məqsədli formalaşan qazanc və xərcin qeydiyyatını AÜDCC İdarə Heyəti aparır. Nəzarət AÜDCC mühasibatlığı vasitəsilə AÜDCC İdarə Heyətindədir. Görüləcək işlər üçün tapılan maliyyə AÜDCC üçün toplanılır və mühasibatlıq qaydaları çərçivəsində xərclənir. Buna görə də görülən bütün işlərin dəqiq büdcəsi işin yekunlaşmasından ən gec bir ay sonra AÜDCC İdarə Heyətinə təqdim edilməlidir.

Maddə 8. İŞÇİ QRUPLARIN LƏĞV EDİLMƏSİ
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti İdarə Heyəti İşçi Qrupların Əsasnaməsinə zidd fəaliyyət göstərən İşçi Qrupları ləğv etmək hüququna malikdir. Belə bir vəziyyətdə üç ay ərzində İşçi Qrupu Ali Məclisi çağırılaraq yeni İdarə Heyəti seçkisi təmin olunur. Bu müddət ərzində İşçi Qrupu idarəçiliyi AÜDCC İdarə Heyəti tərəfindəndavam etdirilir.

Maddə 9. AÜDCC İdarə Heyəti xüsusi zərurət yarandığı təqdirdə İşçi Qrupların Əsasnaməsinə dəyişiklik edə bilər.

Share This: