Azərbaycanlı ürək – damar cərrahları Qazaxıstan Milli Konqresində ölkəmizi təmsil ediblər

Avqust ayının 29- 30 tarixlərində Qazaxıstanda Ürək – damar cərrahlarının 3-cü milli konqresi keçirilib. Astana şəhərində baş tutan tədbirdə yerli mütəxəssislərlə yanaşı xarici qonaqlar da dəvət olunmuşlar.

Avqust ayının 29- 30 tarixlərində Qazaxıstanda Ürək – damar cərrahlarının 3-cü milli konqresi keçirilib. Astana şəhərində baş tutan tədbirdə yerli mütəxəssislərlə yanaşı xarici qonaqlar da dəvət olunmuşlar. Belə ki, bu mötəbər tədbirdə Amerika Birləşmiş Ştatlarından Çinə qədər onlarla ölkənin qabaqcıl mütəxəssisləri iştirak etmişlər.

Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin və Dünya Ürək-Damar Cərrahları Birliyinin dəstəklədiyi tədbirdə ölkəmizi Azərbaycan Ürək –Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri , Mərkəzi Klinikanın baş həkimi, ürək-damar cərrahı Dos.Dr.Kamran Musayev və AÜDCC İdarə Heyətinin üzvü Op.Dr.Ramil Əliyev təmsil ediblər.

Toplantıda ürək-damar cərrahiyyəsinin və kardiologiyanın aktual problemləri müzakirə olunmuş, mütəxəssislər arasında təcrübə mübadiləsi aparılmışdır.

Ölkəmizin nümayəndə heyəti də toplantıda aktiv şəkildə iştiraketmiş və ölkəmizi layiqincə təmsil etmişdir. AÜDCC-nin sədri, Mərkəzi Klinika Xəstəxananın başhəkimi Dos.Dr.Kamran Musayev sessiyalardan birində iclasa sədrlik etmişdir. Bununla yanaşı “Mitral qapağın təmiri əməliyyatlarında Mərkəzi Klinika təcrübəsi” mövzusunda mühazirə oxumuşdur.

Belə ki, Dr.K.Musayevin bu mühazirəsi ciddi marağa səbəb olmuşdur. Xüsusilə ABŞ, Rusiya, Çin, İsveçrə, Türkiyədən olan mütəxəssislər mühazirəni yüksək qiymətləndirmişdir.

Tədbirdə aparılan müzakirələr zamanı Dünyanın qabaqcıl mərkəzlərində aparılan ” Qapaqların təmir olunması əməliyyatlarının” Azərbaycanda belə uğurlu nəticələrlə tətbiq olunması təqdirəlayiq görülmüş və ölkəmizdəki ürək-damar cərrahiyyəsinin gəldiyi yüksək səviyyənin göstəricisi kimi qəbul edilmişdir.

Share This: