Riçard Dali: Artıq ənənəyə çevrilmiş bu yüksək səviyyəli konqresdə iştirak etdiyimə görə çox şadam

Artıq ənənəyə çevrilmiş və bu dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş belə yüksək səviyyəli konqresdə iştirak etdiyimə görə çox şadam.

AZƏRTAC xəbər verir ki, bu sözləri 3-cü “Bakı ürək günləri” Beynəlxalq konqresinin iştirakçısı, ABŞ-ın Mayo Klinikasının cərrahi direktoru Riçard Dali jurnalistlərə müsahibəsində demişdir.

R.Dali bildirmişdir ki, ABŞ-ın Mayo Klinikası və Azərbaycanın Mərkəzi Klinik Xəstəxanası arasında təcrübə mübadiləsi məqsədilə əməkdaşlıq əlaqələri yaradılmışdır.

İki il bundan əvvəl Bakıda səfərdə olmuş direktor bu müddətdə şəhərimizin daha da gözəlləşdiyini və inkişaf etdiyini xüsusi vurğulamışdır.

Share This: